GEOLOQ ALİMLƏRİMİZ BEYNƏLXALQ KONQRESDƏ MƏRUZƏLƏRLƏ ÇIXIŞ ETMİŞLƏR
AMEA-nın Yer elmləri bölməsindən AZƏRTAC-a bildirmişlər ki, 59 ölkədən 750 nümayəndənin iştirak etdiyi tədbirdə geologiyanın sedimentologiya istiqamətində son 4 ildəki tədqiqatların nəticələri təqdim olunmuş, geniş fikir mübadiləsi aparılmışdır.
E.Əliyevanın məruzələri böyük maraqla qarşılanmışdır. O bildirmişdir ki, Geologiya İnstitutu Cənubi Xəzərin pilosen yaşlı karbohidrogen ehtiyatlarının arxitektur quruluşu üzrə mühüm tədqiqatlar aparmışdır. Məqsəd hövzənin müxtəlif hissələrində karbohidrogen ehtiyatlarının quruluşunu modelləşdirməkdir.
Cənubi Xəzər hövzəsinin pilosen yaşlı flüvial - göl çöküntülərini öyrənməkdə isə məqsəd hövzədə çöküntülərin toplanması və karbohidrogen ehtiyatlarının formalaşması prosesində iqlimin rolunu müəyyən etməkdir. Bu istiqamətdə tədqiqatlar bp və ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilmişdir.
D.Hüseynovun “Cənubi Xəzər hövzəsinin neft əmələ gətirən süxurlarının geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda məruzəsi də maraqla dinlənilmişdir.