Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Geostrategiya” jurnalının yeni nömrəsi mövzuların aktuallığı və zənginliyi ilə diqqəti cəlb edir

“Geostrategiya” jurnalının yeni nömrəsi mövzuların aktuallığı və zənginliyi ilə diqqəti cəlb edir

Bakı, 18 iyul (AZƏRTAC). “Geostrategiya” jurnalının yeni nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, tarix elmləri doktoru, professor Əli Həsənovun redaktorluğu ilə nəşr olunan jurnalın bu nömrəsi diqqəti ilk növbədə mövzuların aktuallığı və zənginliyi ilə cəlb edir. Jurnalda geosiyasətdən, idarəetmədən, beynəlxalq münasibətlərdən və hüquqdan tutmuş tarixə, dinin cəmiyyətdəki roluna, hətta “məxməri inqilab”lara qədər çeşidli yazılara rast gəlmək mümkündür. Müəlliflər hadisə və prosesləri təhlil etmək, onları analitik süzgəcdən keçirmək, problemə dair müxtəlif mülahizə və baxışlara yer ayırmaqla yanaşı, öz fikir və düşüncələrini də bölüşürlər. Ümumiyyətlə, bu və digər məziyyətlərinə görə jurnal oxucular arasında getdikcə populyarlaşır və onun hər yeni nömrəsi artan maraqla qarşılanır.

Jurnalın 2014-cü ilin may-iyun nömrəsi də bu baxımdan istisna təşkil etmir. Tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyevin məqaləsi olduqca aktual və gündəmdən düşməyən mövzuya həsr olunub. “Müasir reallıqlar kontekstində Xəzər regionunun təhlükəsizliyi” adlı yazıda yaxın keçmişə nəzər yetirilir, Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə Xəzər hövzəsi və Cənubi Qafqaz regionunun əhəmiyyətinin hədsiz dərəcədə artdığı, aparıcı dövlətlər və böyük şirkətlər arasında şiddətli savaş başladığı diqqətə çatdırılır. Daha sonra müasir reallıqlardan bəhs edən İbrahim Əliyev regionun təbii ehtiyatlarından və geosiyasi imkanlarından yararlanmaq uğrunda qızışan yeni mübarizədən, Xəzər hövzəsi ölkələri arasında mövcud fikir ayrılıqlarından söhbət açır. Azərbaycan tərəfinin belə bir fikri xüsusi vurğulanır ki, Xəzər dənizi qarşıdurma yox, sülh və əməkdaşlıq dənizi olmalıdır.

Fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasovun “Geosiyasət və idarəetmə: yeni baxış zərurəti” adlı məqaləsində isə bəşəriyyətin üzləşdiyi dərin böhrandan, iqtisadi, sosial-siyasi, mənəvi sarsıntılardan, sosial təbəqələşmənin və inhisarçılığın yaratdığı fəsadlardan bəhs olunur. Müəllif qlobal böhrandan çıxış yolunu dünyanın yenidən formalaşdırılmasında görür və artıq bu prosesin başlandığına diqqət çəkir. Məqalədən belə bir nəticə hasil olur ki, dünyada cərəyan edən mürəkkəb proseslər fonunda Azərbaycan optimal çıxış yolunu tapa bilib və milli maraqlarını təmin etmək iqtidarındadır.

BDU-nun politologiya və sosiologiya kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Vəsxanım Orucova “Keçid dövrünün təşəkkülü və inkişaf mərhələləri” adlı məqaləsində diqqəti azad bazar iqtisadiyyatına keçidin ilk mərhələsində baş verən dəyişikliklərə yönəldir. Müəllifin fikrincə, iqtisadiyyatı inhisarsızlaşdırmadan, sərbəst rəqabət fəaliyyətini təmin etmədən bazar münasibətlərini formalaşdırmaq mümkün deyil. İqtisadiyyatın yeni təməl üzərində qurulması üçün onun müstəqilliyi təmin edilməli, yeni idarəetmə mexanizmi üçün hüquqi-iqtisadi zəmin yaradılmalıdır.

“Geostrategiya” jurnalı, adından da göründüyü kimi, müasir dövrün ən aktual problemlərini işıqlandırır, həyatın bütün sahələrinə nüfuz etməyə çalışır. Bu baxımdan jurnalın yeni nömrəsində çap olunan “Azərbaycanda islam və modernizm münasibətlərinin gender aspektləri” adlı məqalə də maraq doğurur. AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun kiçik elmi işçisi Mehriban Həmidova müasir Azərbaycan cəmiyyətində dinin rolunu təhlil edərək, İslamın müasir dövlətin yaradılmasına əsla maneə olmadığı, onun qadına yüksək mənəvi keyfiyyətlər aşıladığı qənaətinə gəlir.

Jurnalda oxucular, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı Səfiyə Möhbalıyevanın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli problemi haqqında bəzi mülahizələr”, AMEA-nın Tarix İnstitutunun doktorantı Xəyalə Süleymanovanın “XVIII əsrin ikinci yarısında İrəvan xanlığının Osmanlı imperiyası ilə münasibətləri” adlı yazıları ilə də tanış ola bilərlər.

Yüksək poliqrafik standartlara uyğun nəfis şəkildə çapdan çıxan jurnalın materialları oxucuya iki dildə - Azərbaycan və rus dillərində təqdim olunur, məzmunu tamamlayan effektli fotoşəkillərlə müşayiət edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağışlı hava şəraiti sabah da davam edəcək

Baş prokuror: Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb