GERHARD ŞRÖDER İKİNCİ DƏFƏ ALMANİYANIN KANSLERİ SEÇİLMİŞDİR
Almaniya Sosial-Demokrat Partiyasının sədri Gerhard Şröder yenidən AFR-in kansleri seçilmişdir. Prezident Yohannes Raunun irəli sürdüyü bu namizədə bundestaq deputatlarının böyük əksəriyyəti - 305 nəfər səs vermişdir.
Bu vəzifəyə seçilmək üçün Şröder azı 302 səs qazanmalı idi. Gizli səsvermədə bundestaqın 603 deputatından 599-u iştirak etmişdir. Müxalifət partiyaları təmsilçilərinin, demək olar, hamısı Şröderin əleyhinə səs vermiş, iki deputat bitərəf qalmışdır.
Almaniyanın yeni hökumətinin başçısı fəhlə ailəsində altı uşaqda biri olmuşdur. Atası İkinci dünya müharibəsi zamanı Rumıniyada həlak olmuşdur. 1963-cü ildə ASDP-yə daxil olan Gerhard Şröderin siyasi fəaliyyəti “Gənc sosialistlər” təşkilatında başlanmışdır. O, 1978-ci ildən bu təşkilata başçılıq etmişdir. 1980-ci illərdə bundestaqın deputatı seçilmişdir, 90-cı illərdə isə Aşağı Saksoniyada sosial demokratların ərazi təşkilatına rəhbərlik etmiş, 1990-1998-ci illərdə bu federal ərazinin baş naziri olmuşdur. Şröder 1998-ci ildən federal kanslerdir.
İTAR-TASS xəbər verir ki, çərşənbə axşamı yeni nazirlər kabineti üzvlərinin andiçmə mərasimi keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]