Gimnastımız Zöhrə Ağamirova dünya kubokunda lent ilə çıxışını təqdim edib
Bakı, 8 may, AZƏRTAC
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı Zöhrə Ağamirova turnirdə lent ilə çıxışını təqdim edib. Hakimlərdən 21,275 xal alan gimnastımız hazırda 2-ci pillədə qərarlaşıb.
Lent ilə yarışlara 21,600 xalla sloveniyalı Yekaterina Vedenyeva başçılıq edir.
Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.