“Gmail”də məktubların göndərilməsini planlaşdırmaq mümkün olacaq
Bakı, 2 aprel, AZƏRTAC
“Gmail” elektron poçt xidmətinin veb-versiyasının istifadəçiləri aprelin 1-dən rahat bir vaxtda məktub göndərməyi planlaşdırmaq imkanı əldə ediblər. Yeni funksiya hələ ki ABŞ ərazisində əlçatandır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sözügedən funksiyadan istifadə etmək üçün xidmətin taymerini aktivləşdirmək, göy rəngli “Göndərmək” düyməsinin qarşısındakı ox işarəsinə sıxmaq və açılan menyudan "Planlaşdırmaq" seçmək lazımdır. Bundan sonra hesab sahibinə tarix və vaxt seçmək təklif ediləcək.
Bundan başqa, proqramçılar mətnin “ağıllı” daxil edilməsi texnologiyasının işini təkmilləşdiriblər. İndi bu funksiya müəllifin tərzinə uyğunlaşır, adresatlara müraciətləri yadda saxlayır və məktubun məzmununa görə başlıqlar fikirləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]