Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkarlanıb VİDEO
Bakı, 29 may, AZƏRTAC
Gömrük nəzarətinə bəyan olunmayan zərgərlik məmulatı aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı, vətəndaşın gödəkcəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.