GÖMRÜKÇÜLƏRİN GƏLƏN İL ÜÇÜN FƏALİYYƏT PLANI QƏBUL EDİLMİŞDİR
O, müxbirimizə bildirmişdir ki, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə 2002-ci ilin yanvarında yaradılmış GƏK-in məqsədi region ölkələrinin gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinə yardım göstərməkdən, xarici ticarəti sadələşdirməkdən, gömrük prosedurlarını modernləşdirməkdən ibarətdir. İclasda 2003-2004-cü illər ərzində GƏK-in fəaliyyət flanı qəbul edilmişdir. Asiya İnkişaf Bankının nümayəndəsi bu məsələlərin həyata keçirilməsində üzv ölkələrə texniki yardım göstəriləcəyini və əməkdaşlığın davam etdiriləcəyini vurğulamışdır.
Bir sıra mühüm sənədlərin təsdiqləndiyi tədbirdə gömrüklə bağlı prosedurların sadələşdirilməsi, ölkələrimiz arasında tranzit sistemi inkişafı, gömrük xidmətləri arasında məlumat və informasiya texnologiyalarının mübadiləsi, risklərin idarə olunması və gömrük tənzimlənməsi məsələləri müzakirə olunmuş, GƏK-in növbəti iclasının Bakıda keçirilməsi planlaşdırılmışdır.
Özbəkistanın və Qırğızıstanın gömrük rəhbərləri ilə keçirilən görüşlərdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.