GÖRKƏMLİ İNGİLİS YAZIÇISININ YUBİLEYİ QEYD OLUNMUŞDUR
“C.Oldric və Azərbaycan” mövzusuna həsr olunmuş tədbiri muzeyin direktoru, Milli Məclisin deputatı Rəfael Hüseynov bildirdi ki, təkcə ingilislərə deyil, bütün dünya xalqlarına məxsus cəsarətli, fədakar yazıçı olan Ceyms Oldric respublikamızda yaxşı tanınır və əsərlərində Azərbaycanla bağlı xalqımız haqqında məhəbbətlə, ehtiramla söz açmışdır. O demişdir ki, hələ sovet dövründən Ceyms Oldricin yaradıcılığına ölkəmizdə maraq və onunla əlaqə saxlayan, tədqiqat işləri aparan, alimlərimiz olmuşdur.
Sessiyada hərbi jurnalist kimi ikinci dünya müharibəsini yaşayan yazıçının 1949-cu ildə nəşr etdirdiyi “Diplomat” romanı da müharibə illərindən bəhs edir. Azərbaycanlıların da obrazı yaradılmış bu əsər işə yanaşı, yazıçının bir sıra hekayələri ana dilimizə tərcümə olunmuşdur.
Sessiyada “Ceyms Oldric və Azərbaycan”, “C.Oldric yaradıcılığında Şərq mövzusu” və “Azərbaycan- ingilis ədəbi əlaqələrinə bir baxış” mövzularında məruzələr dinlənilmişdir.