GÖRKƏMLİ İNGİLİS YAZIÇISININ YUBİLEYİ QEYD OLUNMUŞDUR
“C.Oldric və Azərbaycan” mövzusuna həsr edilmiş tədbiri açan muzeyin direktoru, Milli Məclisin deputatı Rəfael Hüseynov bildirdi ki, təkcə ingilislərə deyil, bütün dünya xalqlarına məxsus cəsarətli, fədakar yazıçı olan Ceyms Oldric respublikamızda yaxşı tanınır və o, əsərlərində xalqımız haqqında məhəbbətlə, ehtiramla söz açmışdır. Ölkəmizdə Ceyms Oldricin yaradıcılığına maraq vardı və onunla əlaqə saxlayan, tədqiqat işləri aparan alimlərimiz olmuşdur.
Sessiyada hərbi jurnalist kimi İkinci Dünya müharibəsində iştirak edən yazıçının 1949-cu ildə nəşr olunmuş “Diplomat” romanı da müharibə illərindən bəhs edir. Azərbaycanlıların da obrazı yaradılmış bu əsərlə yanaşı, yazıçının bir sıra hekayələri də dilimizə tərcümə olunmuşdur. Sessiyada “Ceyms Oldric və Azərbaycan”, “Ceyms Oldric yaradıcılığında Şərq mövzusu” və “Azərbaycan-ingilis ədəbi əlaqələrinə bir baxış” mövzularında məruzələr dinlənilmişdir.