Göyçay-Ağdaş seçki dairəsində səsvermənin gedişini 522 müşahidəçi izləyir
Göyçay, 9 fevral, AZƏRTAC
89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 36 məntəqəsində Milli Məclisə seçkilər seçicilərin fəallığı şəraitində keçir.
Dairənin sədri Nizam Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədilə qabaqcadan lazımi tədbirlər görülüb. Dairə üzrə 39 min 951 nəfər seçici vardır ki, onlardan 43 nəfər ilk dəfə səs verəcək gənclərdir. Seçicilər 12 nəfər namizəd arasında seçim edirlər.
Səsvermənin gedişini 522 nəfər yerli, habelə 4 nəfər ATƏT-dən və 8 nəfər MDB-dən olan müşahidəçilər izləyirlər. 10 məntəqədə “exit-poll” fəaliyyət göstərir. Səsvermə zamanı meydana çıxan bu və ya digər şikayətlərin operativ həlli üçün qərargah yaradılıb.