Göyçay Rayon Polis Şöbəsi əməkdaşları avtomobil oğrularını yaxalamışlar
Bakı, 12 may (AZƏRTAC). Mayın 1-də Binəqədi rayonu ərazisindən oğurlanmış Elçin Ağayarova məxsus “VAZ-2106” markalı Az 10 LF 656 dövlət qeydiyyat nömrəli avtomobil mayın 11-də Göyçay rayonu ərazisində tapılmışdır. Avtomobilin hissələri və maqnitofonu sökülmüş, üzərinə 44 BF 647 dövlət qeydiyyat nömrələri taxılmışdır. Bu dövlət qeydiyyat nömrələri isə Bakı şəhər sakini Mirpənah Cabbarova məxsus “Moskviç” markalı avtomobilindir.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamış Bakı şəhər sakinləri Tural Gülməmmədov və Tərlan Ələkbərov yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]