GÖYÇAYDA CİNAYƏTKAR DƏSTƏ YAXALANMIŞDIR
Aparılan araşdırmalar zamanı S.Xəlilovun cari ilin sentyabrında odlu silahdan istifadə edərək Qəbələ rayon sakini Nurəddin Xəlilovu bir gün müddətinə azadlıqdan məhrum etməsi, H.Kərimovun Göyçay rayon sakini Yasin Məmmədovu odlu silahdan atəş açaraq yaralaması və ona məxsus “VAZ-2106” markalı avtomaşını yandırması, eləcə də onun və digər rayon sakini Şaiq Ağayevin cari ilin oktyabr və noyabr aylarında, yol polis şöbəsinin əməkdaşlarına qarşı müqavimət göstərmələri müəyyən edilmişdir. H.Kərimovdan 0,172 qram, M.Əhmədovun avtomaşınından isə 0, 208 qram heroin götürülmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.