GÖYÇAYDA ƏKİN SAHƏLƏRİNƏ SUYUN ÇATDIRILMASI ÜÇÜN MÜHÜM İŞLƏR GÖRÜLÜR
Göyçay, 15 aprel (AZƏRTAC). Göyçay rayonunda əkin sahələrinin suvarılması və sel sularından mühafizəsi məqsədi ilə mühüm işlər görülür. Rayon suvarma sistemləri idarəsindən bildirmişlər ki, Göyçayda əhalinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması, təsərrüfatlararası suvarma arxlarının lil və çöküntülərdən təmizlənməsi işləri uğurla davam etdirilir. Ötən 3 ay ərzində rayonun Hacalıkənd, Qarabaqqal, Qarayazı kəndlərinin su arxları yenidən qazılmışdır. Hazırda Bəydövül, Mirzəhüseynli, Alpoud kəndlərində də oxşar işlər görülür.
Göyçay şəhərinin daxili arxları da lil və çöküntülərdən təmizlənir. Bu məqsədlə hazırda suvarma sistemləri idarəsinin 15-dək müxtəlif təyinatlı texnikası yaşayış məntəqələrinə cəlb olunmuşdur. Cari ildə rayonda 100 kilometr uzunluğunda suvarma arxlarının yenidən qazılması nəzərdə tutulur.
Bundan əlavə, suvarma sistemləri idarəsinin briqadası yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədi ilə Göyçay çayında sahilbərkitmə işlərinə başlamışdır. Cari ildə çayın mühafizə zolağının 500 metrlik hissəsində beton bəndin quraşdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]