Göyçayda kanala düşən avtomobilin sürücüsünün meyiti tapılıb VİDEO
Göyçay, 17 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda minik avtomobili kanala aşıb, sürücü ölü tapılıb. Hadisə rayonun Dövranlı kəndində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik maşını kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Kənd sakinləri kanaldan sürücü Talıbov Habil Məhəmmədəli oğlunun meyitini çıxarsalar da, avtomobil suda qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəbləri araşdırılır.