GÖYÇAYLI FERMERLƏR YEM TƏDARÜKÜ GÖRÜRLƏR
Heyvandarlıq Göyçay rayonunda kənd əhalisinin əsas məşğuliyyətidir. Hazırda fermer təsərrüfatlarında və fərdi təsərrüfatlarda 46 min 230 baş qaramal, 61 min 213 baş davar bəslənilir. Heyvandarlıqla məşğul olan sahibkarlar hər il olduğu kimi cari ildə də yem tədarükünə ciddi hazırlıqla başlamışlar. Hazırda təbii biçənəklərdə və yonca sahələrində biçilən ot qurudularaq preslənir və tayalanır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu il havaların yağmurlu keçməsi nəticəsində biçənəklərdə və yonca sahələrində bol ot yetişmişdir. Biçinə başlanandan bəri 20 min tondan artıq quru ot tədarük edilmişdir. Bu göstərici ötən ilin eyni dövründəkinə nisbətən xeyli çoxdur. Fermerlər mövsümün sonunadək 70 min tona yaxın qaba yem ehtiyatı yaratmağı planlaşdırırlar.
Xatırladaq ki, cari ildə rayonun təsərrüfatlarında təbii biçənəklərlə yanaşı, 4.200 hektardan çox sahədə yonca becərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]