Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
Bakı, 28 yanvar, AZƏRTAC
Milli Məclisə seçkilərdə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib.
Onun sözlərinə görə, Brayl əlifbası ilə hazırlanan bülletenlər bütün seçki məntəqələrinə veriləcək.
MSK katibi deyib: “Hazırda bununla bağlı proses başlayıb. Biz bunu həmişə tətbiq etmişik. Gözdən əlil seçicilərin səs verməsi üçün bütün məntəqələrin seçki bülletenləri ilə təmin olunması nəzərdə tutulub. Mərkəzi Seçki Komissiyası bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müzakirələr aparır və ehtiyacı olan bütün məntəqələr lazımi seçki bülletenləri ilə təmin ediləcək. Hər kəs diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Gözdən əlil seçicilərin də səsvermə hüquqları var və onların bu hüquqları tanınır”.
Gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsində heç bir problemin olmayacağını vurğulayan M.Rəhimov söyləyib: “Mərkəzi Seçki Komissiyası bundan öncəki seçkilərdə də gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradıb. Bu istiqamətdə heç bir problem yoxdur. Gözdən əlil seçicilərin səs vermək üçün məntəqəyə gəlməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bilərlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]