GUAM-IN NÖVBƏTİ ZİRVƏ TOPLANTISI BATUMİDƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, GUAM dövlət başçılarının növbəti zirvə toplantısı iyulun 1-də Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində keçiriləcəkdir.
Zirvə toplantısı 2 gün davam edəcəkdir. Əvvəl təşkilat üzvü olan dövlətlərin xarici işlər nazirlərinin və GUAM milli əlaqələndirmə şurasının iclasları olacaqdır. Nazirlər təşkilatın perspektivlərini və zirvə toplantısında qəbul edilmək üçün hazırlanmış sənədləri müzakirə edəcəklər.
Bu zirvə toplantısında sədrlik Azərbaycandan Gürcüstana keçəcəkdir.
Toplantıda birgə bəyannamə imzalanacağı və 2008-2009-cu illər üçün tədbirlər planının təsdiq olunacağı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]