İDMAN
GÜLƏŞ FEDERASİYASINDA CƏNC İDMANCILARLA GÖRUŞ KECİRİLMIŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 25-də Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Latviyanın Dauqavapils şəhərində Yunan-Roma güləşi və sərbəst güləş üzrə yeniyetmələrin Avropa birinciliyində və Slovakiyanın Kositsa şəhərində qadın güləşi, Yunan-Roma güləşi və sərbəst güləş üzrə gənclərin Avropa birinciliyində iştirak etmiş Azərbaycan güləşçiləri və onların məşqçiləri ilə gorüş kecirmişdi.
F.Məmmədov güləşçilərimizin birinciliklərdə böyük uğurlar əldə etdiyini vurğulamış, bu nəticələrin dövlətin və ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana qayğısının nəticəsi olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Dauqavapilsda keçirilən yeniyetmələrin Avropa birinciliyində iştirak edən sərbəst güləşçilərimizdən Nicat Muradov, Toğrul Əsgərov, Aslan Cəbişov qızıl medallara, Aslanbek Alborov, Hacı Əliyev, İbrahim Yusifov gümüş medallara, Nurlan Hacıyev isə bürünc medala sahib olmuşlar. Yunan-Roma güləşi üzrə Eldəniz Əzizli, Qasım Məhəmmədov, Rəsul Cunayev qızıl medal, Sərxan Məmmədov, Niyamməddin İbrahimov, Əsəd Əsədzadə bürünc medallar qazanmışlar. Nəticə etibarilə Azərbaycan güləşçıləri komanda hesabında 2-ci nəticə göstərmişlər.
Federasiyanın prezidenti güləşçılərimizin Slovakiyanın Kositsa şəhərində keçırılən gənclərin Avropa birinciliyindəki çıxışlarından da razılıq ifadə etmişdir. Həmin birincilikdə iştirak etmiş Azərbaycanın qadın güləşçilərindən Mariya Stadnik qızıl, Sona Əhmədli isə gümüş medal qazanmışlar. Yunan-Roma güləşçılərimizdən Həsən Əliyev, Rafiq Hüseynov qızıl, Kamran Məmmədov gümüş, Xurşud Babaşov bürünc medallara, sərbəst güləş üzrə isə 5 idmançımız - Xanlar Əliyev, Yaşar Əliyev, Etimad Qurbanov, Cəbrayıl Həsənov və Roman Bəkirov bürünc medallara sahib olmuşlar.
Bütövlükdə idmançılarımızın çıxışlarını müsbət qiymətləndirən Federasiya Prezidenti güləşçılərimizin Pekin Yay Olimpiadasına hazırlığı məsələlərinə də toxunmuş, idmançıların hazırlıq səviyyələrinin ümumən yaxşı olduğunu qeyd etmiş, pəhləvanlarımızın həmin oyunlarda ugurlar əldə edəcəyinə əmin olduğunu bildirmişdir.
F.Məmmədov son illər Azərbaycan idmanının bütün sahələrində, o cümlədən güləşdə də böyük tərəqqi olduğunu diqqətə çatdırmış, Federasiyanın maddi-texniki bazasının yeniləşdirilməsi və müasir standartlar əsasında qurulması üçün böyük işlər görüldüyünü qeyd etmişdir.
Tədbirdə iştirak edən komandamızın baş məşqçıləri də güləşçılərin çıxışları, hazırlıq səviyyələri və məşqlər uçun yaradılan yüksək şəraitlə bağlı öz fikirlərini bildirmişlər.