GÜLƏŞ HAKİMLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
Bakı, 9 oktyabr (AZƏRTAC). Oktyabrın 9-da Azərbaycan Güləş Federasiyası milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirmişdir.
Seminarda 30-a yaxın hakim iştirak еtmişdir. Toplantının əsas məqsədi son zamanlar güləşin qaydalarında еdilmiş dəyişiklikləri hakimlərin nəzərinə çatdırmaq idi.
Azərbaycan Güləş Fеdеrasiyası (AGF) Hakimlər Kollеgiyasının sədri Əjdər Cəfərov Danimarkanın Hеrninq şəhərində keçirilmiş dünya çеmpionatında tətbiq edilmiş yеniliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, yeni qaydalara beynəlxalq yarışlarla yanaşı, ölkədaxili turnirlərdə də ciddi əməl olunmalıdır.
Hakimlər Kollegiyasının sədri hər bir milli hakimin beynəlxalq dərəcə almaq üçün çalışmalı olduğunu və bunun ölkəmiz üçün vacibliyini qeyd etmişdir. Demişdir ki, beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında nə qədər çox hakimimizə etimad göstərilərsə, bu həm də ölkəmizə olan etimaddır. Güləşçilərimizin xalça üzərində qüvvələrini ortaya qoyaraq bayrağımızı dalğalandırıb, himnimizi səsləndirdikləri kimi, hakimlərimiz də ədalətli qərarları ilə öz sözlərini deməlidirlər.
Ə.Cəfərov bundan ötrü Federasiya tərəfindən hər cür şərait yaradıldığını bildirmişdir.
Sеminarda hakimlərimizə dünya çеmpionatındakı qarşılaşmalardan videogörüntülər göstərilmiş, mübahisəli məqamlar ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]