GÜLƏŞ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATINA START VERİLDİ
AZƏRTAC xəbər verir ki, dekabrın 18-də Bakı İdman Sarayında güləş üzrə növbəti Azərbaycan çempionatına start verildi. Yarışda ölkənin müxtəlif idman cəmiyyətlərindən təxminən 200-dək pəhləvanın qatılacağı gözlənilir.
Dörd gün davam edəcək yarışın ilk iki günü yunan-Roma güləşçiləri, həftənin şənbə və bazar günləri isə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar.
Yarışların ilk günü 55, 60, 96, 120 kiloqram çəki dərəcələrində idmançılar qüvvələrini sınayacaqlar.
Çempionatın rəsmi açılış mərasimi bu gün saat 18:00-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın ən tanınmış güləşçiləri - Rövşən Bayramov, Vitali Rəhimov, Fərid Mansurov və Namiq Abdullayev yarışda iştirak etməyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]