İDMAN
Güləşçilərimiz Qran-Pri turnirində altı medal qazanıb
Bakı, 9 avqust, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə ilk medalçılar müəyyənləşib. Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıblar.
Yunan-Roma güləşçilərinin mübarizəsində isə Elman Muxtarov (63 kq) çempion olub. Onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]