Gürcüstan azərbaycanlıları dövlət strukturlarında ödənişli təcrübə proqramında iştirak edəcəklər
Tbilisi, 2 sentyabr, AZƏRTAC
Gürcüstan Baş nazirinin qərarı ilə dövlət strukturlarında 3000-dən çox vakansiyanı əhatə edən ödənişli təcrübə proqramı elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani bildirib. Onun sözlərinə görə, proqram tələbələrə ali təhsildə əldə etdikləri bilikləri praktikada tətbiq etməyə imkan verir. Bu da onların gələcək karyera yüksəlişlərinə kömək edəcək.
"Bu proqram ümumilikdə 4-cü kurs tələbələri, eləcə də magistr tələbələri, bakalavr dərəcələri üzrə məzunlar üçün vacibdir. Bununla onların ali təhsil müəssisələrində aldıqları nəzəri biliklər əsasında praktik bilik və təcrübə qazana bilərlər ki, bu da onların gələcək karyera inkişafı üçün çox vacibdir", - deyə L.Jorjoliani bildirib.
Qeyd edək ki, artıq Gürcüstan Parlamenti, müvafiq nazirliklər vakansiyalar elan ediblər. Gürcüstanda yaşayan azərbaycanlı gənclər də proqramda iştirak etmək üçün müvafiq qurumlara müraciət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]