Gürcüstan gömrükçüləri külli miqdarda siqaret qaçaqmalçılığının qarşısını alıblar
Tbilisi, 1 fevral, AZƏRTAC
Gürcüstan gömrükçüləri Azərbaycan-Gürcüstan “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində qaçaqmalçılıq yolu ilə siqaret daşınmasının qarşısını alıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Gürcüstan sərhədçiləri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində Gürcüstan vətəndaşının avtomobilinə baxış keçiriblər. Bu zaman avtomobildə gömrük bəyannaməsində qeyd olunmayan 4120 qutu siqaret aşkar olunub.
Gürcüstan Gömrük Məcəlləsinin tələbinə uyğun olaraq siqaretlər müsadirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]