Gürcüstan Milli Bankının valyuta ehtiyatları azalıb
Tbilisi, 13 iyul, AZƏRTAC
Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları iyun ayında 17,2 milyon dollar azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Bankın saytında deyilir.
Bildirilir ki, iyunun 30-na bankın beynəlxalq valyuta ehtiyatları 3 milyard 918,4 milyon dollar təşkil edib.
Qeyd edək ki, pandemiyanın başlandığı 2020-ci ildə bankın ehtiyatları 441,7 milyon dollar təşkil edib. Bu da ondan əvvəlki illə müqayisədə 12,7 faiz çoxdur. Bu ilin əvvəlində isə artım 235,1 milyon dollar olub. Cari ildə valyuta ehtiyatlarının artmasında beynəlxalq maliyyə institutlarından alınmış vəsaitlər əsas rol oynayıb.
Bu günə Milli Bankın müxtəlif xarici valyutalarda saxlanılan beynəlxalq ehtiyatları 3,7 milyard dollar təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]