GÜRCÜSTAN PREZİDENTİ MİXEİL SAAKAŞVİLİ RUSİYANIN “KOMMERSANT” QƏZETİNƏ MÜSAHİBƏ VERMİŞDİR
Gürcüstan Rusiya ilə özünün ərazi bütövlüyü haqqında danışıqlar aparmaq niyyətində deyildir. AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Saakaşvili Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirmişdir.
O demişdir: “Biz öz ərazi bütövlüyümüz barədə Rusiya ilə ümumiyyətlə danışıqlar aparmaq niyyətində deyilik. Rusiya Gürcüstanın ərazi bütövlüyünü pozmuşdur və danşıqlar yalnız Rusiya qoşunlarının çıxarılması barədə aparıla bilər. Biz bütün məsələləri, o cümlədən atəşin dayandırılması və digər məsələləri müzakirə etməyə hazırıq. Lakin Rusiya Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü tanımır. Bu vəziyyətdə danışıqlara başlamaq çətindir. Rusiya Gürcüstanın vahidliyini və sərhədlərini tanıyandan sonra danışıqlar aparmaq asan olacaqdır”.
Bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Segey Lavrov “Exo Moskvı” radiostansiyasına müsahibəsində demişdir ki, Gürcüstanın Cənubi Osetiyaya təcavüzündən sonra Gürcüstanın ərazi bütövlüyü barədə söhbətləri unutmaq olar, çünki zənnimcə, Cənubi Osetiya və Abxaziyanı Gürcüstan dövlətinin tərkibinə zorla qaytarmağın mümkünlüyü ilə razılaşmağa məcbur etmək baş tutmayacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]