GÜRCÜSTAN PREZİDENTİ PARLAMENT ƏKSƏRİYYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Parlament əksəriyyətinin üzvü Nika Qvaramianın sözlərinə görə, Konstitusiyaya ilə əlaqədar əsaslı dəlillər dinlənildi və deputatlar dəyişikliklərin bu şəkildə qəbul ediləcəyinə əmindirlər. Müxalifəti təmsil edən deputatlar isə Konstitusiyada dəyişikliyin, o cümlədən 2008-ci ildə prezident və parlament seçkilərinin birgə keçirilməsi maddəsinin qəti əleyhinədirlər. Onlar iqtidarın Konstitusiyada öz xeyrinə tez-tez dəyişiklik etməsinin yaxşı nəticə verməyəcəyini bildirmişlər.
Parlamentin sədri Nino Burcanadze dekabrın 13-də gecədən keçənədək müxalifətçi deputatlarla bu məsələni müzakirə etmişdir. Deputatlar bəzi maddələrlə razılaşsalar da, prezident və parlament seçkilərinin birgə keçirilməsinin qəti əleyhinə çıxmış, bununla əlaqədar Venesiya Komissiyasının rəyini gözləməyi məsləhət görmüşlər.
Dekabrın 14-də parlamentin növbədənkənar iclasında Konstitusiyada dəyişikliklərlə bağlı layihənin müzakirəsinə başlanılmışdır.