Gürcüstanda avtomobil qəzaları nəticəsində ölənlərin sayı artıb
Tbilisi, 6 may, AZƏRTAC
Cari ilin birinci rübündə Gürcüstanda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 116 nəfər ölüb, 1779 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla yayılan məlumatda deyilir ki, 2018-ci ilin müvafiq dövründə qeydə alınmış qəzalarda 1986 nəfər xəsarət alıb, 107 nəfər isə ölüb.
Hesabat dövründə Gürcüstanda 1302 avtomobil qəzası qeydə alınıb. Bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 126 fakt azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]