Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanda qəhrəman Azərbaycan kəndi – Qaçağan

Tbilisi, 21 may, AZƏRTAC

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin siyasi, sosial-iqtisadi, mədəni həyatında, dövlət müstəqilliyinin qorunmasında, yadelli işğalçılardan müdafiəsində mühüm rol oynayıblar.

Bunu Baş nazir İrakli Kobaxidze, Prezident Mixail Kavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, paytaxt meri Kaxa Kaladze və digər rəsmi şəxslər müxtəlif tədbirlərdə çıxışlarında xüsusi qeyd edib, soydaşlarımıza dərin təşəkkürlərini bildiriblər.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə soydaşlarımızın yaşadığı kənd və qəsəbələrdə olub, onların tarixi, mədəniyyəti və əsas fəaliyyət istiqamətlərini araşdırıb.

Bu kəndlərdən biri paytaxt Tbilisidən 70 kilometr aralıda, Azərbaycan-Gürcüstan sərhədinin 15 kilometrliyində yerləşən Marneuli rayonunun Qaçağan kəndidir. Kənd Gürcüstanın Aşağı Kartli (Borçalı mahalı) bölgəsinə daxil olan Marneuli bələdiyyəsinin cənub hissəsində, Borçalı çökəkliyinin aşağı tərəfində, dəniz səviyyəsindən 280-300 metr yüksəklikdə yerləşir. Kənd cənubdan Ermənistan, şərqdən isə Azərbaycan Respublikası ilə dövlət sərhədində yerləşir. Qaçağan kənd inzibati ərazi vahidinə Qaçağan, Təkəli, Xançıqazlı və Kirəc Muğanlı kəndləri daxildir.

Qırmızı Körpü-Şulaveri-Marneuli beynəlxalq əhəmiyyətli avtomobil yolu da Qaçağan kəndindən keçir. Həmçinin Qaçağan kəndindən Ermənistanın Noyemberyan rayonunun Aşağı Körpülü kəndinə torpaq yol da mövcuddur. Kiçik Qafqaz sıra dağlarının tərkib hissəsi olan Babakər dağının cənub ətəyində və Debed çayının cənub sahili boyunca kiçik yüksəklik və qismən düzənlik ərazidə yerləşən bu kənd bir çox özəllikləri ilə fərqlənir.

Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kənd ağsaqqalı Bayram Rüstəmov deyib ki, kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma quruluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilib. Bütün bunlar təsdiq edir ki, kəndin ərazisində hələ eramızdan əvvəl II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələrdə kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığı qeyd olunur.

Onun sözlərinə görə, 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi “Tiflis Müsəlman Əmirliyi”nin tərkibində olub və “Qoçu Ağa”, “Qoçu Ağanın kəndi” kimi adlandırılıb. Kənd 1116-ci ildə Gürcü çarlığının tərkibinə daxil edilib.

B.Rüstəmov bildirib ki, Qaçağan kəndi 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edilib və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam edib. Lakin 1801-ci ildə Böyük Qaçağan və Qaçağan cəmiyyətləri Borçalı sultanlığının tərkibində Rusiya imperiyasına ilhaq edilib.

Qaçağanda ilk təhsil müəssisəsi 1673-cü ildə Böyük Qaçağan cəmiyyətinin yerli sakini Hacı Əli Dəryaoğlu tərəfindən təşkil edilib. Nəcəfdə dini təhsil almış Hacı Əli Dəryaoğlu doğma yurduna dönüb və Qaçağanda dini məktəb açmağa nail olub. Həmin məktəbdə əsasən Quran dərsləri, qiraət və ərəb əlifbası ilə yazma tədris edilirdi. 1916-cı ildə isə kənddə M.H.Mollayev adına Qaçağan orta məktəbi yaradılıb.

Hazırda isə Qaçağan kəndində 1 və 2 nömrəli, iki 12 illik bələdiyyə orta məktəbi fəaliyyət göstərir.

Qaçağan kəndində 1500-dən çox təsərrüfat var və əhalisinin sayı 10 minə yaxındır. Kəndin yetirmələri dünyanın bir çox ölkələrində elm, texnologiya, səhiyyə sahəsində böyük uğurlar qazanıblar.

Qaçağan kəndinin bir özəlliyi isə onun qəhrəmanları və siyasətçiləri ilə bağlıdır. Qaçağanın tanınmış ziyalılarından biri Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş Həsən Seyidovdur. Kəndin Mədəniyyət Evinin qarşısında siyasi xadimin büstü qoyulub, anadan olduğu ev hazırda ev-muzeyi kimi fəaliyyət göstərir. Lakin kəndi daha məşhur edən digər şəxsiyyətlər də var. Özəlliyin biri də ondadır ki, bu kənddə 8 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Onlardan 7 nəfərinə bu ad təqdim olunub, bir nəfər isə bu ada layiq olsa da, məlum olmayan səbəblərdən təltifini ala bilməyib. Bəzi məlumatlara görə, azərbaycanlılara qarşı nifrət hissi ilə yaşayan düşmən qüvvələr müxtəlif fitnə-fəsadlarla 8-ci adamın Sosialist Əməyi Qəhrəmanı adı almasına mane olublar. Onlar yaxşı bilirdilər ki, əgər 8-ci adam da bu adı alsa, bütövlükdə Qaçağan kəndinə “Qəhrəman kənd” statusu verilməli idi. Bu isə kəndə bir sıra imtiyazların verilməsinə səbəb olacaqdı.

Bayram Rüstəmovun vəsaiti hesabına kəndin Mədəniyyət Evinin qarşısında Sosialist Əməyi Qəhrəmanı adına layiq olan Məhəmməd Qocayev, Səfər Hümbətov, Səməd Sadıqov, İmran Məmmədov, Sayad Məsimov, Dursun Əhmədov və Oruc Bayramovun büstləri qoyulub. Mərkəzdə İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə daha bir abidə ucaldılıb. Bu müharibədə Qaçağandan 106 nəfər həlak olub. Müxtəlif bayramlarda ictimaiyyət nümayəndələri, məktəblilər bu abidələri ziyarət edir, qəhrəmanların xatirəsini ehtiramla anırlar.

Azərbaycan yazıçısı Tahir Hüseynov, X əsrin birinci yarısında Qars şəhərindən köçüb gəlmiş şair Ağacan da Qaçağanda yazıb yaradıblar.

Qaçağan kəndi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində iki şəhid verib. 44 günlük Vətən müharibəsində Qaçağan əhalisi Azərbaycan dövlətinə və ordusuna maddi və mənəvi dəstək göstərib. Bu gün Qaçağandan olan şəhid və qazi ailələri Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Azərbaycan səfirliyi daim onların problemləri və qayğıları ilə maraqlanır.

İctimai fəal, jurnalist Ehtiram Əmirxanlı deyir ki, bu gün Qaçağandan olan 30-dan çox elm adamı Azərbaycanda, Rusiyada, Amerika və Almaniyada tibb, texnologiya və digər sahələrdə çalışırlar.

Onun sözlərinə görə, bir müddət qaçağanlı gənclərin elmə marağı azalmışdı. Lakin Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımızın təhsil problemlərinin həllinə yönəlmiş layihələri, SOCAR-ın azərbaycanlı tələbələrin təhsil haqlarını ödəməsi gənclərin yenidən təhsilə, elmə marağını artırıb. Hazırda 200-dən çox qaçağanlı gənc Gürcüstanın müxtəlif universitetlərində ali təhsil alır. Ali təhsil almış gənclərin işlə təmin olunmaları və ya onların başqa ölkələrdə təhsillərini davam etdirmələri də diqqət mərkəzindədir.

Qeyd edək ki, kənddəki “Ədliyyə Evi”nin tikintisi də Ehtiram Əmirxanlı və digər nüfuzlu ağsaqqalların təşəbbüsü ilə reallaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Azərbaycançılıq ideologiyası: Milli birliyin və həmrəyliyin əsası - ŞƏRH

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Gəncədə 18 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO

®  Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO

“Axios”: Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsinə seçkilərin nəticələri təsir göstərə bilər

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycan nefti 126 dollara satılır VİDEO

Azərbaycan nefti 126 dollara satılır VİDEO

“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Azərbaycanlı şagirdlər Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar

Hörmüz boğazı yaxınlığında daha bir neft tankerinə hücum edilib

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib

WSJ: İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki bazalarına milyardlarla dollar ziyan vurub

Tramp: ABŞ İranla münaqişənin həllinə tələsmir

İsrail ordusu HƏMAS komandirini öldürdüyünü açıqlayıb

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Səbuhi Əhmədov: Sərgi Azərbaycan xalqının döyüş ruhunu əks etdirir

Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı olub

Tramp: ABŞ hələlik Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etmir

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Tovuzda avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var VİDEO

Rejissor: Teatr aktuallığını qorumaq istəyirsə, tamaşaçı ilə ünsiyyətin yeni formalarını axtarmalıdır

ABŞ Ukraynaya 2,1 milyard dollarlıq “Patriot” raketlərinin satışını təsdiqləyib

Kanada Ukraynaya 500 milyon avro ayıracaq