Gürcüstanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başa çatır
Tbilisi, 8 may, AZƏRTAC
Gürcüstanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik müddəti mayın 15-də başa çatacaq. AŞ Nazirlər Komitəsinə sədrlik Yunanıstana keçəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın AŞ Nazirlər Komitəsinə sədrliyi uğurlu olub. Bu dövrdə bir sıra mühüm qərarlar qəbul edilib.
AŞ Nazirlər Komitəsinin iclası noyabr ayında keçiriləcək.
Qeyd edək ki, Gürcüstan AŞ-nin Nazirlər Komitəsinə sədrliyi ötən il noyabrın 29-da Fransadan təhvil almışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]