Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək
Tbilisi, 18 fevral, AZƏRTAC
Gürcüstanın Cinayət Məcəlləsinə yeni əlavələr ediləcək. Məcəlləyə yeni "Vətənə xəyanət" maddəsi daxil ediləcək.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının siyasi şurası qərar qəbul edib.
Partiyanın icraçı katibi Mamuka Mdinaradze b deyib ki, "Vətənə xəyanət" maddəsi 2007-ci ildə "Vahid Milli Hərəkat" partiyası tərəfindən hələlik məlum olmayan səbəblər üzündən Cinayət Məcəlləsindən çıxarılıb.
Onun sözlərinə görə, parlament çoxluğu bu məsələni müzakirə edib və bu maddənin Məcəlləyə bərpa edilməsi məqsədəuyğun hesab olunub.
M.Mdinaradze deyib ki, bərpa olunan maddə ölkədə vətənə xəyanətin dəqiq fəlsəfəsini, elementlərini, obyekt və subyektini müəyyən edəcək, bu cür ağır cinayətlərin qarşısının alınmasında, cinayətkarların cəzalandırılmasının konkret qaydalarını müəyyən edəcək.
Layihə yaxın günlərdə parlamentə təqdim olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]