Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hacıqabulda seramik plitələr istehsalı zavodu istifadəyə verilmişdir

Hacıqabul, 16 aprel (AZƏRTAC). Hacıqabula səfəri çərçivəsində Prezident İlham Əliyev aprelin 15-də Gilan Seramik Parkında seramik plitələr istehsalı zavodunun açılışında da iştirak etmişdir.

Məlumat verildi ki, bu zavod Cənubi və Şimali Qafqaz, həmçinin Mərkəzi Asiya ölkələri arasında yalnız Azərbaycandadır. Sahəsi 27 hektar olan müəssisənin inşasına 2009-cu ilin sonlarında başlanılmışdır. Zavodda bu sahədə dünyanın ən aparıcı şirkəti olan İtaliyanın “Sacmi” müəssisəsinin avadanlığı quraşdırılmışdır. Bu avadanlıq vasitəsilə beynəlxalq standartlar səviyyəsində məhsul əldə etmək mümkündür. Müəssisənin fəaliyyətə başlaması daxili bazarın həmin materiallara tələbatının ödənilməsində həlledici rol oynayacaqdır. Bununla yanaşı, gələcəkdə məhsulların xaricə ixracı da planlaşdırılır.

Yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artırılmasında da mühüm əhəmiyyət kəsb edir. Zavodda çalışanlara 100 və 150 yerlik iki yeməkxana xidmət göstərəcəkdir. Müəssisənin ərazisində inşa olunmuş dördmərtəbəli 80 yerlik müasir qonaq evində qonaqların və zavodda çalışanların istirahəti üçün hər cür şərait yaradılmışdır. Müəssisənin inzibati bölməsində də işçilər üçün hərtərəfli şərait vardır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulmuşdur. Burada müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaqdır. İkimərtəbəli sərgi salonunda zavodda istehsal olunan məhsullar nümayiş etdirilir. Bundan başqa, müəssisənin ərazisində hazır məhsullar və avadanlığın ehtiyat hissələri anbarları inşa olunmuş, nasosxana, qazanxana və transformator quraşdırılmışdır. Zavodun həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, idman meydançası yaradılmışdır.

Məlumat verildi ki, zavod 19,7 min kvadratmetr qapalı sahədən ibarətdir. Burada quraşdırılan müasir avadanlıqla rəqabətədavamlı məhsul istehsal ediləcəkdir.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Bildirildi ki, ümumilikdə müəssisənin yaradılmasına 40,2 milyon manat investisiya qoyulmuşdur. Avadanlığın alınması və tikintinin həyata keçirilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan beş milyon manat güzəştli kredit ayrılmışdır. İstehsal avadanlığı italiyalı mütəxəssislər tərəfindən quraşdırılmışdır. Müəssisənin illik xammal tələbatı 80 min ton təşkil edir. Bu tələbatın əsas hissəsi yerli xammal hesabına ödəniləcək, bəzi qatqı maddələr isə Türkiyə və Ukraynadan gətiriləcəkdir.

Zavodun xammal bazasının yaradılması məqsədi ilə aparılmış geoloji tədqiqatlar nəticəsində Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqlarının mövcudluğu və həmin yataqlardan alınacaq xammal-materialların yüksək keyfiyyət göstəricilərinə malik olduğu müəyyən edilmişdir. Zavodda il ərzində 1 milyon 815 min kvadratmetr döşəmə plitə, 1 milyon 798 min kvadratmetr üzlük plitə və 165 min paqonmetr dekorativ plitə hazırlanacaqdır. Müəssisədə yaxın gələcəkdə tələbata uyğun olaraq bütün ölçülərdə plitə buraxılacaqdır.

Diqqətə çatdırıldı ki, müəssisənin işi tam avtomatlaşdırılmışdır. Zavodda 500-dən çox adam daimi iş yeri ilə təmin olunmuşdur. Müəssisədə üçnövbəli iş rejimi tətbiq edilməklə hər növbədə 94 nəfər işləyəcəkdir. Zavodun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar gələcəkdə iş yerlərinin sayı daha da artırılacaqdır.

Müəssisə ilə tanış olan Prezident İlham Əliyevə Gilan Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi - yeni keramaqranit zavodu barədə məlumat verildi. Bildirildi ki, müəssisənin inşasından məqsəd istehsal olunan məhsulların çeşidinin və həcminin artırılmasıdır.

Prezident İlham Əliyev yeni zavodun təməlini qoydu.

Məlumat verildi ki, zavodun cənub hissəsində 15 hektar sahədə müxtəlif duş kabinələri, vannalar və digər sanitariya qovşağı avadanlığı istehsal edən müəssisənin tikintisi nəzərdə tutulmuşdur. Bu layihələrin həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaqdır.

Dövlətimizin başçısı daha sonra müəssisədə yaradılmış sərgi salonu ilə tanış oldu. Burada zavodda hazırda istehsal olunan və olunacaq məmulatların nümunələri sərgilənir. Bildirildi ki, bu məhsullar keyfiyyətinə görə dünya bazarında rəqabətə davamlılığı ilə seçiləcəkdir.

Prezident İlham Əliyev müəssisənin inzibati bölməsində də oldu. Burada işçilər üçün hərtərəfli şərait yaradılmışdır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulmuşdur. İnzibati bölmədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafına verdikləri töhfələri əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Görülmüş işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti tapşırıqlarını verdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb