Hacıqabulda Ümummilli Liderin abidəsi ziyarət edilib
Hacıqabul, 12 dekabr, AZƏRTAC
Hacıqabul rayonunda Ümummilli Liderin anım günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə tər gül dəstələri qoyulub.
Daha sonra Ulu Öndərin anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Aksiyada 100-dən artıq şam və küknar ağacları əkilib.