“Harris Interactive/Agence Epoka”: Rəşidə Datinin Parisin yeni meri olmaq şansı yüksəkdir
Paris, 6 mart, AZƏRTAC
Fransada LCl, “20 Minutes” və RTL telekanallarının sifarişi ilə “Harris Interactive/Agence Epoka” tərəfindən bu ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı ictimai rəy sorğusu aparılıb.
AZƏRTAC xəbər verir ki, sorğunun nəticələrinə görə, Paris şəhərinin meri vəzifəsinə namizədlər arasında Rəşidə Dati 25 faiz səslə liderdir.
Parisin hazırkı meri An İdalqo (24 faiz) və “İrəli Respublika” Partiyasının (LREM) namizədi Anyes Büzen (17 faiz) 2-ci və 3-cü yerləri bölüşürlər.
Qeyd edək ki, Rəşidə Datinin ölkəmizlə yaxın dostluq əlaqələrindən narahatlıq keçirən Fransadakı erməni lobbisi, eləcə də daşnak gənclər assosiasiyası onun əleyhinə kampaniya aparırlar. Onlar seçiciləri R.Datiyə səs verməməyə çağırırlar. Lakin ictimai rəy sorğusunun nəticələri R.Datinin Parisin yeni meri seçilmək şansının yüksək olduğunu göstərir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris