Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkimlikdən dövlət xadimliyinə gedən yol: Əziz Əliyevin nümunəvi həyat yolu

Həkimlikdən dövlət xadimliyinə gedən yol: Əziz Əliyevin nümunəvi həyat yolu

Bakı, 6 mart, AZƏRTAC

Böyük ispan filosofu Orteqa Qassetə görə, bizim doğulduğumuz və yaşadığımız sosial dünya bioqrafiyamız üçün həlledici məqamdır. Bu dünya təkcə insanlardan deyil, bir qədər dumanlı şəkildə ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu adlanan adətlərdən, zövqlərdən, üstün tutduğumuz dəyərlərdən, ənənələrdən, inanc sistemindən, standartlardan ibarətdir. Bu mənada Əziz Əliyevin alim və dövlət xadimi kimi keşməkeşli həyatı qeyd olunan məqamları özündə ehtiva edir.

Bu fikirlər Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi, Qərbi Azərbaycan İcması Hamamlı rayon Saral icma sədri Anar Osmanlının “Həkimlikdən dövlət xadimliyinə gedən yol: Əziz Əliyevin nümunəvi həyat yolu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. Onun acılı-şirinli uşaqlığı, gəncliyi və məktəb illəri doğma, doğma olduğu qədər də başıbəlalı, tez-tez aydın səmasını qara buludlara qərq etdiyi İrəvanla bağlı olub. Bu qədim Azərbaycan şəhərinin ziyalı mühiti, qaynar ictimai-siyasi və elmi-mədəni ab-havası Əzizin həyatında silinməz izlər qoyaraq onun sonrakı inkişafında hərtərəfli və güclü şəxsiyyət kimi yetişməsində müstəsna rol oynamışdı. İlk təhsilini İrəvandakı “Rus-tatar” məktəbində alan Əziz Əliyev 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirmişdi. Uşaqlıqdan həkim olmaq arzusunda idi... 1917-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin istedadlı və bacarıqlı Azərbaycan gəncinə göstərdiyi maddi yardım sayəsində o, Petroqrada (indiki Sankt-Peterburq – A.O) gedir və orada dünyanın ən məşhur tibb ocaqlarından sayılan Hərbi Tibb Akademiyasına daxil olur.

Bu barədə 2022-ci ildə Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında Prezident İlham Əliyevin nitqi xüsusi əhəmiyyət kəsb edir: “...Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır”.

1918-ci ildə doğma yurdu İrəvana qayıdan Əziz Əliyev burada dəhşətli mənzərə ilə üzləşir. O, erməni daşnaklarının amansız qəddarlıqlarına tab gətirməyib ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirir, bir müddət sonra isə Şahtaxtı kəndinə köçür. Ailəsinin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevə təhsilini davam etdirməyə imkan vermir. Lakin xarakterindəki ciddiliyi, bacarığı və böyük iradə sahibi olması ona çətinliklərə mətanətlə sinə gərməkdə kömək edir. 1923-cü ildə ali tibb təhsilini davam etdirmək məqsədilə ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçür. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək 1919-cu ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olur. 1927-ci ildə çoxdan bəri arzusunda olduğu ali tibb təhsilini əla qiymətlərlə başa çatdıran Əziz Əliyev elə həmin ildə Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır.

Əziz Əliyev Azərbaycan xalqı üçün əhəmiyyətli bir dövlət xadimi və millətinin sağlamlığını daim düşünən dəyərli həkimdir. O, həkim kimi səhiyyə sahəsində bir çox islahatların həyata keçirilməsində iştirak edib, xəstəliklərin qarşısının alınması mövzusunda ciddi elmi işlər aparıb və Azərbaycanın səhiyyə sisteminin inkişafına töhfə verib. Ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirib. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. Əziz Əliyev həm də müasir tibb elminin inkişafında mühüm rol oynayıb. O, Azərbaycanın səhiyyə sahəsinin təkmilləşdirilməsi üçün müxtəlif elmi və praktiki təkliflər irəli sürərək səhiyyə sahəsində təhsil almış bir çox mütəxəssisə rəhbərlik edib. Əziz Əliyev özünün çoxşaxəli fəaliyyəti ilə təkcə həkimlik sahəsində deyil, həm də dövlət idarəçiliyində və cəmiyyətin inkişafında böyük rol oynamış bir şəxsiyyətdir. Onun səhiyyə xidmətlərinin daha geniş təbəqələrə yayılması üçün apardığı islahatlar nəticəsində bölgələrdə və kəndlərdə tibbi xidmətlərin keyfiyyəti artıb. Azərbaycanın müxtəlif sosial problemlərinin həlli ilə məşğul olub, xüsusilə əhalinin sağlamlığı ilə bağlı bir çox dövlət təşəbbüslərinin rəhbəri idi.

1998-ci ildə Əziz Əliyevin anadan olmasının 100 illik yubiley tədbirində çıxış edən Ulu Öndər Heydər Əliyev alimin şəxsiyyəti ilə fəaliyyəti arasındakı vəhdəti xarakterizə edərək demişdi: “Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o, hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi”.

Əziz Əliyevlə Dağıstanda və Təbrizdə bərabər olan yazıçı dostu İmran Qasımov öz xatirələrində qeyd edir: “O, kitabı çox sevirdi. Orduda da, Dağıstanda da, Moskvada və Bakıda da - hər yerdə həmdəmi kitablar idi, özü də onu maraqlandıran bütün problemlərin cavabını və həllini onlarda tapırdı”.

2016-cı ildə Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev Dağıstan Respublikası başçısının “Əziz Əliyev və Dağıstan” adlı kitaba müəlliflik etməsinə, kitabda Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, İkinci Dünya müharibəsi illərində göstərdiyi fəaliyyətinin işıqlandırılmasına görə təşəkkürünü bildirib.

Məlum olduğu kimi, Əziz Əliyevin Dağıstan xalqının tarixində misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar. Onlar bu həqiqətə baş əyir və bu tarixi, bu qədirbilənliyi gəncliyə bir dastan kimi təqdim edirlər.

Əziz Əliyevin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyəti də Vətənə, xalqa sədaqətlə xidmətdən ibarət olub. O, müəyyən dövrdə Azərbaycan Dövlət Tibb İnstitutuna, həm də Əczaçılıq İnstitutuna rəhbərlik edib, 1937-ci ildə isə paralel şəkildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

Əziz Əliyev İkinci Dünya müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana ezam olunur. 1941-ci il avqustun 25-də sovet qoşunları İran ərazisinə yeridildikdən on gün sonra Cənubi Azərbaycan məsələsini müzakirə etmək üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov Moskvaya çağırılır. Azərbaycanda səfərbər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərinin mərhələlərlə Cənubi Azərbaycana göndərilməsinə dair razılıq əldə edilir. Beləliklə, Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradılır. Təbrizdə, Urmiyədə, Ərdəbildə, Mərənddə, Zəncanda onunla bərabər çalışan ziyalılarımız - Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qulam Məmmədli, Mehdixan Vəkilov və başqaları öz missiyalarını layiqincə yerinə yetirirlər. Həmin dövrdə Əziz Əliyevlə İranda xidmət etmiş, sonralar onun yaxın dostlarından birinə çevrilmiş general-polkovnik N.İ.Trufanov öz xatirələrində yazırdı: “Əziz Əliyev İranda işləyərkən özünü dərin siyasi savada malik bir təşkilatçı kimi göstərdi. İranda bir çox məsələnin həllini Əziz Əliyev öz üzərinə götürürdü”.

Azərbaycanın dövlət idarəçiliyində, ictimai-siyasi və sosial inkişafında böyük xidmətləri olan Əziz Əliyevin xatirəsi bu gün də böyük hörmətlə anılır. Elm və ictimai-siyasi tarixinə nəzər saldıqda bu məzmun və mahiyyətdə az insana rast gəlmək mümkündür. Tibb sahəsi ilə birlikdə ölkənin ictimai-siyasi mühitində də fəal şəkildə çalışmaq hər kəsin edə biləcəyi iş deyil. Bunun üçün yüksək intellekt, əzmkarlıq, vicdan və xalqına sonsuz sevgi lazımdır. Xalqına və dövlətinə ləyaqətlə xidmət edən Əziz Əliyevin misilsiz xidmətləri heç vaxt unudulmayacaq, onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib