HƏMİDƏ XANIM MƏMMƏDQULUZADƏ-CAVANŞİRİN EV MUZEYİ AÇILACAQDIR
Rayon mədəniyyət şöbəsinin müdiri Rza Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Həmidə xanım 1907-ci ildə doğma kəndi Kəhrizlidə qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açmış, 1908-1917-ci illərdə fəaliyyət göstərmiş Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olmuşdur. “Molla Nəsrəddin” jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılmasında xidməti olmuşdur. Atası- “Qarabağ xanlığının siyasi vəziyyətinə dair (1747-ci ildən 1805-ci ilə qədər)” əsərinin müəllifi Əhməd bəy Cavanşirin və Cəlil Məmmədquluzadənin tərcümeyi-hallarını, M.Ə.Sabir haqqında xatirələr yazmış, Azərbaycan yazıçılarının əsərlərindən ruscaya tərcümələr etmişdir.
Ev muzeyinin yerləşəcəyi bina rayon icra hakimiyyəti rəhbərliyinin köməyi ilə əsaslı təmir olunmuşdur. Hazırda eksponatların toplanması ilə məşğuluq. Bu işdə rayon əhalisinin yaşlı nümayəndələrinə-dünyasını 1955-ci ildə dəyişmiş Həmidə xanımla ünsiyyətdə olanlara arxalanırıq. Əlbəttə, Mirzə Cəlil ailəsinin yaxınlarına, bu böyük demokratın Bakıdakı ev muzeyinin əməkdaşlarına da ümid bəsləyirik. Muzeyi gələn il istifadəyə verməyi nəzərdə tutmuşuq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]