HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ NEFTÇİLƏRİN SOSİAL QAYĞILARINA DİQQƏTİ ARTIRIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin birləşmiş həmkarlar ittifaqı komitəsinin məclisi 2003-cü il büdcənin komitə tərəfindən necə yerinə yetirilməsi və 2004-cü il büdcəsinin təsdiq edilməsi barədə məsələləri müzakirə etmişdir.
Keçən ilin mayında yaranan komitənin yeddi ay ərzində gördüyü işlərdən danışan sədr Rüfət Müfidzadə neftçilərə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən söz açmışdır. Büdcə vəsaitlərinin xərclənməsi barədə məclis üzvlərinə məlumat verilmişdir.
Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul edilmişdir.