Həmvətənlərimiz güləş üzrə beynəlxalq turnirdə qalib gəlmişlər
Bakı, 12 may (AZƏRTAC). Murmanskda Barens dənizi regionu ölkələrinin yunan-Roma güləşi üzrə yarışları keçirilmişdir. Komanda yarışlarında 3 ölkənin - Rusiya, İsveç və Norveçin yığma komandaları iştirak etmişdir. Rusiyalı idmançılar bu yarışda inamlı qələbə qazanmışlar. Ölkənin idman şərəfini Murmansk vilayətinin güləşçiləri qoruyurdu. Onlar ikinci yeri tutmuş norveçlilərə 30:12, üçüncü yeri tutmuş isveçlilərə 33:12 hesabı ilə qalib gəlmişlər. Rusiya yığma komandasının heyətində bizim həmvətənlərimiz - Davud və Ruslan Məmmədov, Ramazan və Robert Ramazanov qardaşları, Murmansk nümayəndələri Aleksandr Yerko, Artur Afanasyev, Oleneqorsk şəhərindən olan Pavel Kabanov və Denis Jitnyakov, habelə Kola rayonunun təmsilçiləri Vitali Nejenets və Aleksandr Tarakanov çıxış etmişdir. Yeri gəlmişkən, xalça üzərində öz məharətini nümayiş etdirən təkcə güclü cinsin nümayəndələri deyil, həm də qızlar idi. Qızların yarışlarında norveçlilər qalib gəlmişlər. Rusiya komandası ikinci yeri tutmuşdur. Rusiya Federasiyasını murmansklı güləşçi qızlar Vladlena Zerşikova, Nadejda Danilova, Yekaterina Leviyeva və Yelena Uvarova təmsil edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]
Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub
- 09.09.2026 [10:44]
Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib
- 09.09.2026 [10:25]
"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib
- 09.09.2026 [10:16]