Hər birimizin orqanizmində 2 kq mikrob yaşayır
Bakı, 12 may (AZƏRTAC). Avropa alimlərinin bu yaxınlarda apardıqları tədqiqatların nəticələrini insanların qan qruplarına görə bölünməsi ilə müqayisə etmək olar. Xarici mətbuatın yazdığına görə, bu dəfə alimlər eksperiment iştirakçılarını bakterial mikrofloralara görə qruplara ayırmışlar.
Alimlər bakteriyalarda üstünlük təşkil edən növlər əsasında onları klasterlərdə birləşdirmişlər: Bacteroides, Prevotella və Ruminococcus. Bu klasterlərə məxsusluq yaşdan, cinsdən, milliyətdən, qida rasionundan asılı olmamışdır.
Bundan əlavə, mütəxəssislər müəyyənləşdirmişlər ki, hər bir insanın orqanizmində iki kiloqram mikrob yaşayır. Onların heç də hamısı insan üçün xeyirli deyil. Alimlər onları üç əsas qrupa daxil edirlər.
Beləliklə, Prevatella disbalansı insanda bağırsaq divarlarını örtmüş selikli qişanı məhv edərək, yara əmələ gəlməsi riskini artırır, Bacteroides piylərin parçalanmasına kömək edir və müvafiq olaraq orqanizmi piylənmədən müdafiə edir. Şəkərin həzm olunmasını stimullaşdıran Ruminococcusun çatışmazlığı şəkərli diabetin əmələ gəlmə riskini artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]