HƏR DÖRD BRİTANİYALIDAN BİRİ İSLAMDAN QORXUR
Ölkənin müsəlmanları ilə qeyri-müsəlmanları arasında ən böyük ixtilaflar məktəbə dini libasda gəlmək məsələsində özünü büruzə verir. Britaniya müsəlmanlarının 76 faizi əmindir ki, məktəb qaydalarına baxmayaraq, onların uşaqlarına belə imkan verilməlidir. Bu fikirlə qeyri-müsəlman britaniyalıların yalnız 42 faizi razıdır.
Uorvik Universitetinin kulturologiya professoru Devid Debidinin fikrincə, problem müsəlman ənənələrinin müasir Avropa ənənələrindən əsaslı surətdə fərqlənməsindədir. Xüsusilə cinslərarası münasibətlərdən söhbət gedəndə bu ənənələr, əslində, orta əsrlər səviyyəsində qalmışdır. Lakin professor onu da vurğulamışdır ki, bu ölkədə antimüsəlman əhvali-ruhiyyəsi yoxdur. Britaniya cəmiyyəti çoxmillətli və çoxmədəniyyətlidir və bu ölkədə müsəlmanları hansısa təhlükənin gözləməsi əlamətləri yoxdur.
Tədqiqatın nəticələri Britaniya müsəlmanlarının cəmiyyətin digər üzvləri ilə tamamilə həmrəy olduğunu göstərmişdir. Bu, əsasən, sərxoşluğa, qadınların həddən artıq açıq geyinmələrinə qarşı etirazla bağlı məsələlərdir.