Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi ekspert: Vətən müharibəsinin qaziləri daim diqqət mərkəzindədirlər

Hərbi ekspert: Vətən müharibəsinin qaziləri daim diqqət mərkəzindədirlər

Bakı, 7 aprel, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsinin Azərbaycanın parlaq Qələbəsi ilə başa çatması, işğal altındakı torpaqlarımızın tam azad olunması ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın şanlı Qələbəsi kimi tarixə düşən İkinci Qarabağ müharibəsində bütün xalqımız sarsılmaz birlik və həmrəylik göstərdi. Biz bu müharibəni ilk növbədə şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına qazandıq. Prezident, Müzəffər Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabitidir.

Bu fikirləri hərbi ekspert İsgəndər Quliyev AZƏRTAC-a açıqlamasında deyib.

Hərbi ekspert vurğulayıb ki, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsinin, yaralanan qazilərimizin müalicəsinin gücləndirilməsi ilə bağlı son bir neçə ayda dövlətimizin başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır. Sağlamlıqlarını torpaq uğrunda itirən qazilərimizin bütün ehtiyaclarının dövlətimiz tərəfindən ödənilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır. Dövlətimizin başçısının qazilərə tibbi-psixoloji yardımların göstərilməsinə dair göstərişlər verməsi mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib, 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsinin bu protezlərlə təmin olunması onların normal həyata dönə bilməsini təmin etdi. Vətən müharibəsində yaralanan qazilərdən 59-nun müalicəsi hazırda davam etdirilir. Həmin qazilər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Bilgəhdəki hospitalda müalicə alırlar. Müalicəsi başa çatan 200-ə yaxın hərbi qulluqçunun sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib və onlara sosial müavinət təyin olunub. Hazırda tərxis olunmayan, ev şəraitində müalicə almaq istəyən qazilərin bəzilərinə məzuniyyət verilib. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı hospital tərəfindən həyata keçirilir. Hazırda orduda tibbi təminat və dərmanlarla təchizatla bağlı hər hansı problem yoxdur. Bütün hərbi qulluqçuların müalicəsi ciddi nəzarətdə saxlanılır.

Bu istiqamətdə həyata keçirilən işlərdə “YAŞAT” Fondunun da fəaliyyətini xüsusi vurğulayan İsgəndər Quliyev bildirib ki, Fondun dəvəti ilə Türkiyədən gələn həkimlər müalicə prosesində iştirak edir, yaxud müalicə üçün xaricə göndərilməli olan qaziləri müəyyənləşdirirlər. İndiyədək 54 qazi Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü sağalaraq geri qayıdıb. Bununla bağlı işlər hazırda da davam etdirilir. Ümumiyyətlə, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir. Bu işdə xüsusi rolu olan Baş Klinik Hospitalda yüksək ixtisaslı peşəkar həkimlərimiz çalışırlar. Hospital 100 mindən artıq heyəti olan Orduya xidmət edir. Burada yalnız müharibədə yaralanmış qazilərimiz müalicə almırlar. Ali rütbəli zabitlərdən, əsgərlərdən tutmuş ehtiyatda olan zabitlərə, onların ailə üzvlərinədək hər kəsə Baş Klinik Hospitalda tibbi yardım göstərilir. Müharibədə yaralanmış qazilərimizin hamısı birbaşa Baş Klinik Hospitala yönləndirilmir. Bu, heç fiziki cəhətdən də mümkün olan məsələ deyil. Bundan ötrü hər rayonda yerli xəstəxanalar var. Tərxis olunanlar həmin xəstəxanalarda ilkin müayinədən keçdikdən sonra zərurət yaranarsa, hospitala göndərilirlər. Hospitalda ilk növbədə, 20 il xidmət göstərmiş, güzəştli imtiyazları olan və hazırda xidmət keçən hərbçilər müalicəyə cəlb edilirlər. Yerdə qalanları isə əslində TƏBİB-ə müraciət etməlidirlər. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununda da qeyd olunur ki, hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda idarə mənsubiyyətindən asılı olmayaraq, bütün mülki səhiyyə idarələrində onlara pulsuz yardım göstərilməlidir. Amma buna baxmayaraq, Hospital müraciət edən hər bir hərbçiyə, qaziyə bacardığı yardımı göstərir.

“Son zamanlar cəmiyyətdə xüsusi narazılığa səbəb olan əlillik dərəcəsinin verilməsinə gəlincə isə bu, Müdafiə Nazirliyinin yox, birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olan məsələdir. Qazilərimiz oraya müraciət etməzdən öncə onların şəhadətləndirilməsi lazımdır. Bu işi Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası həyata keçirir. Şəhadətnamə alandan sonra Forma-88 sistemə daxil edilir. Ondan sonra əlillik məsələlərinə artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılır. Onların sənədləri sürətlə rəsmiləşdirilir, e-sistemə daxil edilir, ümumilikdə, əyani müayinə əsasında əlillikləri qiymətləndirilir. Artıq 200-ə yaxın qazimizlə bağlı ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni, elektron sistem vasitəsilə təyin olunur. Göründüyü kimi, Vətən müharibəsində şücaət göstərərək torpaqlarımızı işğaldan azad edən, öz sağlamlığı bahasına xalqa Qələbə sevinci yaşadan qazilərimiz bir an belə olsun diqqətdən kənarda qalmırlar. Dövlətimiz onların müalicəsi, reabilitasiyası və sosial təminatlarının gücləndirilməsi üçün lazımi tədbirləri yüksək səviyyədə həyata keçirir və bundan sonra da keçirəcək. Bunun əksini iddia edənlər isə müvafiq qanunvericiliyi bilməyən insanlardır. Nəticədə cəmiyyətdə çaşqınlıq yaranır. Vətəndaşlarımız elə düşünürlər ki, Müdafiə Nazirliyinin Tibb İdarəsi və Baş Klinik Hospitalın fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Əslində hər iki qurum öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Hərbi xidmət keçmək haqqında Qanunda bütün yazılanlara əməl olunur. Bu isə hərbi həkimlərimizi, qazilərimizin sağalmalarında əməyi olan bütün tibbi personalın işinə kölgə salır. Əksinə, biz onları həvəsləndirməli, çətin işlərində mənəvi dəstək olmalıyıq”, - deyə İsgəndər Quliyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu