HƏRBİ KOMİSSARLIĞIN YENİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağcabədidə məcburi köçkünlərin məskunlaşdığı Taxta Körpü qəsəbəsində Laçın rayon hərbi komissarlığının yeni inzibatı binası istifadəyə verilmişdir. Artıq laçınlı gənclər yeni komissarlıqdan hərbi xidmətə yola salınır. Əvvəllər qəsəbədə hərbi komissarlıq olmadığından laçınlı gənclər xidmətə paytaxtdan yola salınırdılar.
Qəsəbədə yeni binanın istifadəyə verilməsi və komissarlığın fəaliyyətə başlaması burada məskunlaşan 20 min laçınlının sevincinə səbəb olmuşdur. Həmin komissarlıqdan hərbi xidmətə yola salınan gənclərin yeganə arzusu işğal altında olan torpaqları düşmən tapdağından azad etmək və Laçına qəhrəman əsgər kimi dönməkdir. Qüdrətli ordumuz və hərbi xidmətə yollanan gənclərimizin inamı belə deməyə əsas verir ki, işğal altında olan torpaqlarımızın bir qarışı belə düşmən əlində qalmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]