Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi-siyasi ekspert: Bu gün Ordumuzun təminatı yüksək səviyyədədir

Hərbi-siyasi ekspert: Bu gün Ordumuzun təminatı yüksək səviyyədədir

İkinci Qarabağ müharibəsindəki Zəfər Azərbaycan durduqca qəlbimizdə, yaddaşımızda qalacaq

Bakı, 11 may, AZƏRTAC

Prezident İlham Əliyevin Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər Vətən müharibəsində Qələbəmizin həqiqətən tarixi uğur olduğunu göstərir. Dövlətimizin başçısı qeyd edir ki, Azərbaycan durduqca bu Zəfər bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə qalacaq. Bu, misli görünməmiş qəhrəmanlıq dastanıdır. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi müharibədə Qələbəyə aparan məhz bu idi. Belə ki, vaxtilə qondarma rejimin sabiq müdafiə naziri Seyran Ohanyan "Azərbaycanın onurğa sütununu qırmışıq və heç zaman Azərbaycan bu torpaqları müharibə ilə geri almaq gücünə malik olmayacaq" ifadəsi işlətmişdi, yaxud ermənilər digər sərsəm bəyanatlar vermişdi, Şuşada yallı getmişdilər. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı Qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz İkinci Qarabağ müharibəsində ilk gündən düşmənin bir neçə eşalon müdafiə xəttini yararaq sonrakı günlərdə yalnız irəli getdi. Bu, Azərbaycan Silah Qüvvələrinin 44 gün ərzində həqiqətən XXI əsrin ən qısa müddətli savaşını apardığının bariz nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.

O xatırladıb ki, İkinci Qarabağ müharibəsindəki uğur son 200 il ərzində apardığımız döyüşlərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründən əldə etdiyimiz zəfərlərin itirilməsi fonunda unudulmaz və tarixdə qalacaq qələbəmizdir.

Məhz Ümummilli Lider ordu quruculuğu sahəsində milli kadrların yetişdirilməsi, onların təhsilində və vəzifəyə təyin olunması prosesləri ilə şəxsən maraqlanıb. Bu yaxınlarda dahi şəxsiyyətin 100 illik yubileyi ərəfəsində xaricdə təhsil alan bir neçə həmvətənlərimizlə görüşdüm. Onların hər biri xatırlayırlar ki, Heydər Əliyevin Prezident olduğu zamanda və hər hansı xarici ölkəyə səfər edəndə oradakı Azərbaycan gəncləri, tələbələri ilə görüşür, onların təhsil aldıqdan sonra Vətənə qayıtmasını tövsiyə edirdi. Bu, Azərbaycanda milli kadr potensialının artmasına səbəb olub.

Hərbi-siyasi ekspertin sözlərinə görə, hərbi peşə sahəsində də C.Naxçıvanski adına Hərbi Lisey ilə yanaşı, ozamankı Bakı Birləşmiş Ali Komandanlıq Məktəbinə bir neçə dəfə səfər edən Heydər Əliyevin hərbi ədəbiyyatın doğma dilimizə tərcüməsi ilə bağlı tapşırıqları və zabitlərimizin bu kitablardan istifadə edərək hərb sənətinə yiyələnməsi milli kadrların Vətən müharibəsində qələbə ruhunda yetişməsi ilə nəticələnib. Ümummilli Lider Heydər Əliyev ordu quruculuğu sahəsində də bir neçə əsas istiqaməti əsas tutmuşdu. Bunlardan biri zabitlərimizin NATO ölkələrində təlimlərdə iştirakı, digəri Türkiyə ilə bu sahədə əməkdaşlıq, eləcə də Rusiyadakı hərbi akademiyalarda zabitlərin təhsil alması.

Ehtiyatda olan polkovnik-leytenant vurğulayıb ki, peşəkar Azərbaycan Ordusunun əsaslarının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Prezident İlham Əliyev Şuşadakı müraciətində deyib: “Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız məhdud idi, orduya lazımi qədər vəsaitin ayrılması mümkün deyildi...Vəsaitin qıtlığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır”.

Qarabağ müharibəsi veteranı bildirib ki, Vətən müharibəsi dövründə Milli Qəhrəmanımız Şükür Həmidov, eyni məktəbdə oxuduğumuz Polad Həşimov, o dövrdə gördüklərimizi, o hissləri gənclərimizə bir daha xatırlatmaq istəyirəm. Birinci Qarabağ müharibəsi vaxtı evimizdə valideynlərimizin ağladığını görürdük. Ölkə parçalanırdı, şimaldan bir qrup, cənubdan başqa qruplar meydana çıxmışdı. Ulu Öndər o zaman hakimiyyətdə olsaydı biz bu fəlakətlərlə üzləşməzdik, Birinci Qarabağ savaşında çoxlu itkilərimiz olmazdı. 1991-ci ilin 20 Yanvar hadisələri zamanı Azərbaycanın Moskvadakı nümayəndəliyə gələn Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandanımız İlham Əliyevin arxasında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Həmin bayrağımızı yüz il əvvəl bolşeviklər məhv etmişdi. Məhz Heydər Əliyev o məşhur çıxışı ilə bayrağımızı orada təqdim edərək və xalqın iradəsini ifadə etdi.

“Dövlət başçımızın dediyi kimi, Qarabağı, Zəngəzuru ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər azad etdi. Biz gənc nəslə o hissləri aşılamalıyıq. Heydər Əliyev gənclər yetişdirdi və hərb sahəsinə yönəltdi. O vaxt Heydər Əliyev ali hərbi məktəbə gələndə rus dilindəki kitabların Azərbaycan dilinə tərcümə olunmasını tapşırdı. Bu gün Vətən müharibəsində iştirak etmiş zabitlərimiz o dərsliklərdən istifadə edərək Prezident İlham Əliyevin ifadə etdiyi kimi keçilməz Ohanyan xəttini yaran ləyaqətli gənclər kimi yetişdi. Biz valideynlərimizdən eşidirdik ki, Azərbaycan xalqını fəlakətdən ancaq bir nəfər - Heydər Əliyev xilas edə bilər. O vaxt ölkədə vətəndaş müharibəsi baş vermişdi, Gəncə terroru olmuşdu. Bütün bunların hamısı isə Azərbaycanın parçalanmasına yönəlmişdi”, - deyə Elmar Hüseyn vurğulayıb.

Prezident İlham Əliyev Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyib: “Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!”.

Dövlətimizin başçısı Şuşada Azərbaycan xalqına müraciətində ordu quruculuğu işində bu gün də sistemli fəaliyyət göstərildiyini vurğulayıb. Azərbaycan Ordusunun həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən dünyanın ən güclü orduları sırasında olduğunu deyib: “Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır. Biz belə gözəl uşaqlar yetişdirmişik ki, onlar düşməni burada, Şuşada əliyalın məğlub edib, düşməni torpaqlarımızdan çıxarıb, bizim qürur rəmzimiz olan bayrağımızı, bax, bu binaya və azad edilmiş bütün başqa torpaqlarda qaldırıb”.

Dövlətimizin başçısı Ordu quruculuğu sahəsinin bu gün lazımi səviyyədə təmin edildiyini və bundan sonra da təmin olunacağını qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib