Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatasının hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin - Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatının daxil edildiyini bildirib.

Tədbirdə əvvəlcə aprelin 11-də Ermənistanın hərbi təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Ordumuzun Ermənistan tərəfinin təxribatının qarşısını qətiyyətlə aldığını, Ermənistan silahlı qüvvələrinin xeyli sayda itki verdiyini söyləyib.

Sonra Tahir Mirkişili Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti ilə bağlı hesabatı barədə fikirlərini açıqlayıb. Bildirib ki, 2022-ci il ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şuşa İli” elan olunub. Ötən il həm də Vətən müharibəsində qazanılan Qələbədən sonra büdcə vəsaitlərinin bu istiqamətdə xərclənməsinin ikinci ili olub. Son iki il ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün ümumilikdə 6,5 milyard manat vəsait xərclənib. Palatanın ötən ildə fəaliyyətinə dair hesabatda bu vəsaitlərin bir hissəsinin audit olunması öz əksini tapıb.

O, 2022-ci ildə 2021-ci ilə nisbətən büdcə xərclərinin 4 milyard manatdan çox artdığını qeyd edib. Ötən il ərzində Palatanın ilk dəfə olaraq nəticə əsaslı büdcə modelindən istifadə etdiyini, həmçinin mühüm məsələlərdən olan audit təsirinin birbaşa ölçülməsini, monitorinqlərin daha da artırılmasını müsbət qiymətləndirib.

Diqqətə çatdırılıb ki, ötən il 48 audit planlaşdırılsa da, onun 46-sı həyata keçirilib. Bütövlükdə strateji planda nəzərdə tutulmuş planların icra səviyyəsi 81 faiz olub. Qeyd edilib ki, vacib məsələlərdən biri də audit nəticəsində 2022-ci ildə dövlət vəsaitləri ilə davranış qaydalarının müəyyən olunması ilə əlaqədar pozuntularla bağlıdır. Komitə sədri bildirib ki, hesabat ilində keçirilmiş 28 uyğunluq auditinin 26-da büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları istiqamətində pozuntulara, 22-də dövlət büdcə vəsaitlərinin idarəetmə sistemində, 14-də isə əməyin ödənişi sahəsində nöqsanlara rast gəlinib. O, bu pozuntuların qarşısının alınması üçün gələcəkdə tətbiq edilə biləcək prosedurların müəyyən edilməsinin vacibliyini qeyd edib. Həmçinin səmərəlilik auditinin səviyyəsinin artırılmasının təqdirəlayiq olduğunu deyib.

Bildirilib ki, ötən il Hesablama Palatasının fəaliyyətində əsas məsələlərdən biri də vətəndaşa yönəlik təkliflərin həyata keçirilməsi ilə bağlı məsələlərin hesabatda öz əksini tapmasıdır. Palatanın audit fəaliyyəti nəticəsində gömrük yığımlarında sahibkarlardan tutulan əlavə dəyər vergisi artıq tutulmayacaq. Bununla yanaşı, əməyin ödənilməsi üzrə əskik hesablanmış 277 min manat, pensiya ödənişi üçün əksik hesablanmış 18 min manatın bərpa edilməsi ilə bağlı əsasların müəyyən edilməsi təqdirəlayiqdir.

Tahir Mirkişili Hesablama Palatasının fəaliyyətinin nöqsanları ilə bağlı uyğunluq auditinin nəticəsində əhatə dairəsinin aşağı düşməsini, informasiya bazalarına çıxışın zəif olmasını qeyd edib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. O bildirib ki, hesabat ilində ölkə rəhbərliyi tərəfindən həm iqtisadi, həm də siyasi müstəvidə atılmış addımlar uğurla nəticələnib, dünyada, o cümlədən regionda artan geosiyasi və iqtisadi gərginliklər fonunda ölkə daxilində sabitlik təmin olunub. Ölkənin iqtisadi və siyasi mənzərəsində müsbət tendensiyalara şahidlik etdiyimiz 2022-ci ildə Hesablama Palatası da bu proseslərin bir parçası kimi dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətini həyata keçirib.

Palata sədri əvvəlcə hesabatda tətbiq edilən yeniliklər və dəyişikliklər barədə məlumat verib. Sənədin mətnində infoqrafiklərə üstünlük verildiyini qeyd edib. Bildirib ki, beynəlxalq təcrübə və il ərzində nəzarət tədbirlərinin əksər hissəsinin dərc olunduğu nəzərə alınaraq, hesabata icmal statistik məlumatlar daxil edilib. Strateji Planın icrası barədə məlumatlar nəticə əsaslı büdcə modelinə uyğun olaraq əks etdirilib, Palatanın fəaliyyətində əvvəlki illərdə olan zəif cəhətlər, bununla bağlı görülmüş işlər barədə məlumat verilib. Hər bir audit növünün əhatə dairəsi, pozuntu, təhrif və risklər göstərilib. Audit iqtisadi, maliyyə və vətəndaşa təsirinin ölçülməsi ilə bağlı 6 meyar üzrə qruplaşdırılıb. Rəylərin hazırlanması zamanı analitik prosedurlarla müəyyən edilmiş uyğunsuzluqlara da diqqət yetirilib. Hesabatın sonunda 2023-cü il üçün nəzərdə tutulan hədəflər qeyd olunub.

Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Planı”nda 2 yekun nəticə və 9 aralıq nəticə müəyyənləşdirilib. Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2022-ci ilin Əməliyyat Planı tərtib olunub və burada fəaliyyət istiqamətləri üzrə zəif bəndlərin və potensial boşluqların aradan qaldırılması, fəaliyyətin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi məqsədilə tədbirlər yer alıb. Strateji Planın 2022-ci il üçün Əməliyyat Planında ümumilikdə 214 tədbir müəyyənləşdirilib, ilin sonunda yekun icra vəziyyəti 81,3 faiz təşkil edib.

O qeyd edib ki, Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti 4 əsas fəaliyyət növü - kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirmək, büdcə layihəsi və icrasına rəy vermək, dövlət maliyyəsi üzrə tövsiyələr vermək və beynəlxalq əməkdaşlıq etmək istiqamətlərini əhatə edib. 2022-ci ildə Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Ötən ilin İş Planının audit və analitik fəaliyyət üzrə icra vəziyyəti Hesabatın tərtib edildiyi tarixədək 95,8% təşkil edib.

Diqqətə çatdırılıb ki, hesabat ilində Palatanın audit fəaliyyəti 3 növ üzrə həyata keçirilib. Audit obyektləri arasında 8 mərkəzi icra hakimiyyəti orqanı və 2 digər dövlət orqanı, 10 publik hüquqi şəxs, 4 dövlət mülkiyyətində olan və dövlətin səhmi olan müəssisə, 4 təhsil və 1 elm müəssisəsi, 1 yerli icra hakimiyyəti orqanı, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olmuşdur. Hesabat ilinin İş Planı üzrə həyata keçirilmiş 42 auditlə 400-dən çox tabelikdə olan qurum və müəssisələr, layihələr əhatə edilib. Auditlərin 36-sı Bakı şəhərində, 6-sı isə digər şəhər və rayonlarda fəaliyyət göstərən qurumlarda aparılıb.

Sonra Palata sədri hər bir audit növü üzrə nəticələr barədə məlumat verib.

Bildirilib ki, Hesablama Palatası tərəfindən 2022-ci il İş Planına uyğun olaraq nəticələrin rəsmiləşdirilməsi mərhələsində dayandırılmış 1 audit nəzərə alınmaqla, 28 uyğunluq auditi keçirilib. Audit mövzuları müəyyənləşdirilərkən auditlərdə dövlət satınalmaları, əməyin ödənişi, gəlirlərin inzibatçılığı məsələləri diqqətdə saxlanılıb.

Ötən il, habelə 9 maliyyə auditi keçirilib və bunun sayı əvvəlki illə müqayisədə azalsa da, əhatə olunan məbləğdə artım qeydə alınıb. Maliyyə auditlərində auditorların əsas məqsədi maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olub-olmaması barədə əminlik əldə etmək və maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq qaydada tərtib edilib-edilməməsi barədə rəy bildirməkdən ibarət olub.

Hesabat ilində audit olunan obyektdə struktur dəyişiklikləri ilə əlaqədar nəticələrin rəsmiləşdirilməsi yekunlaşdırılmamış 1 tədbir nəzərə alınmaqla, 5 səmərəlilik auditi keçirilib. Audit mövzuları müəyyənləşdirilərkən Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşma, dövlət proqramları, beynəlxalq layihələr diqqətdə saxlanılıb.

İl ərzində, habelə Hesablama Palatası üzvlərinin təklifləri əsasında 2022-ci ilin İş Planına əlavə edilmiş 1 analitik fəaliyyət nəzərə alınmaqla, ümumilikdə 6 analitik fəaliyyətin keçirilməsi planlaşdırılıb və bütün tədbirlərin nəticələrinin rəsmiləşdirilməsi başa çatdırılıb. Palatanın auditorları tərəfindən analitik fəaliyyətdə gəlir və digər daxilolmaların, xərclərin proqnoz və icra göstəricilərinin təhlili, fəaliyyət çərçivəsində müəyyənləşdirilmiş tədbirlərin dövlət proqramları və strateji sənədlərlə uzlaşması əsas predmetlər kimi müəyyənləşdirilib.

Bununla yanaşı, hesabat ilində qəbul edilmiş kollegiya qərarlarının icra vəziyyətinin yerində araşdırılması məqsədilə Hesablama Palatası üzvlərinin təklifləri əsasında 2022-ci ilin İş Planına 6 monitorinq əlavə edilib.

Diqqətə çatdırılıb ki, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2022-ci ildə 13 audit və 10 analitik fəaliyyət aparılması planlaşdırılıb, 1 obyektin hüquqi forması dəyişdirildiyindən nəzərdə tutulmuş analitik fəaliyyət təxirə salınıb.

Qeyd olunub ki, hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən ümumilikdə 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bundan əlavə, 2022-ci ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinə yenidən baxılması üzrə layihələrə Hesablama Palatası tərəfindən 3 rəy hazırlanaraq Milli Məclisə təqdim edilib. Həmin rəylərdə ümumilikdə 39 nəticə əks etdirilib.

Bildirilib ki, Hesablama Palatası 2022-ci ildə də hesabatlılıq və şəffaflığın gücləndirilməsi məqsədilə fəaliyyəti barədə məlumatları rəsmi internet səhifəsi, “Dövlət auditi” rüblük rəsmi məlumat bülleteni, KİV-lərdə müxtəlif mövzular üzrə müsahibə, sorğu, məqalə və çıxışlar vasitəsilə ictimaiyyətə açıqlayıb. Palata ilə Milli Məclis arasında əməkdaşlığın təmin edilməsi 2022-ci ildə də diqqətdə saxlanılıb, əməkdaşlığın əhatəsi əvvəlki illərlə müqayisədə daha da genişləndirilib.

Hesablama Palatasının beynəlxalq fəaliyyətinə toxunan məruzəçi qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və potensialın gücləndirilməsi məqsədilə xarici ölkələrin AAO-ları ilə Anlaşma Memorandumlarının imzalandığını deyib, təmsil olunduğu beynəlxalq tədbirlər barədə danışıb.

Hesabatın yekununda Palata sədri, həmçinin 2023-cü ildə qarşıda duran vəzifələr barədə deputatlara məlumat verib.

Sonra komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Mahir Abbaszadə, Aydın Hüseynov, Vüqar Bayramov çıxış edərək təqdim olunan hesabatı müsbət qiymətləndiriblər. Deputatlar aparılan auditlərlə bağlı bəzi qeydlərini də səsləndiriblər.

Müzakirələrin yekununda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.

İclasın sonunda Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Dini radikallaşmanın dövlət və cəmiyyət üçün yaratdığı təhlükələr ŞƏRH

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

Bu saata olan əsas xəbərlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Deputat: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib