Hesablama Palatasının kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Ümummilli Liderin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.