Heydər Əliyev adına neft emalı zavodunda müşavirə keçirilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 21-də Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin kimya, neft-kimya və neft-qaz emalı sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət Müfəttişliyi mütəxəssislərinin iştirakı ilə “Texniki təhlükəsizlik-aktual suallar” mövzusunda müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən FHN-in əməkdaşları və mütəxəssislər bildirmişlər ki, təhlükə potensiallı obyekt və müəssisələrdə təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına ciddi nəzarət edilməlidir və Heydər Əliyev adına BNEZ də xüsusi dövlət əhəmiyyətli müəssisə kimi istisna təşkil etmir. Zavoddakı istehsalat sahələrində çox mürəkkəb texnoloji-kimyəvi proseslər gedir. Odur ki, real vəziyyət texniki təhlükəsizlik sisteminin durmadan təkmilləşdirilməsini tələb edir. Zavod rəhbərliyi və FHN-in müvafiq strukturları müəssisədə çalışan əməkçilərin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini prioritet hesab edir, istehsalat göstəricilərindən üstün tuturlar. Müəssisədə bu sahədə əldə olunan uğurlar da deyilənləri təsdiqləyir.
Sonda müşavirə iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]