Heydər Əliyev adına neft emalı zavodunun katalitik riforminq qurğusu təmir edilmişdir
Bakı, 12 may (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunun katalitik riforminq qurğusu təmirdən sonra istismara verilmişdir.
AZƏRTAC xəbər verir ki, katalitik riforminq qurğusunun 211 nömrəlii hidrogenli komperessorunda avadanlığın dəyişdirilməsi ilə bağlı aparılmış təmir işləri üçün lazım olan bütün ehtiyat hissələri əvvəlcədən sifariş olunaraq xaricdən gətirilmişdir. Təmir-quraşdırma işləri bu sahədə böyük təcrübəyə malik “Tikinti-təmir-servis” MMC tərəfindən Almaniyadan və Fransadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilmişdir. Kompressorun arxa qapaqlarının köhnəlmiş avadanlığı yenisi ilə əvəz olunmuşdur. Həmçinin platforminq bölməsindəki sobalar təmir olunmuş, qurğunun sıradan çıxmış hava və su xətləri dəyişdirilmiş, hidrotəmizləmə bölməsində DR-111 reaktorunun üst qat S-120 katalizatoru yenisi ilə əvəz edilmişdir. Bundan əlavə, nasoslar və digər kompressorlar təftiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
"Qəbələ" Premyer Liqada qalıb
- [20:50]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]