SİYASƏT
Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır
![](/files/galleryphoto/2013/3/1200x630/14079269234916719408_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269231450125398_1200x630.jpg)
Naxçıvan, 8 noyabr (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin (NDU) sosial idarəetmə və hüquq fakültəsində “Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda tədbir keçirilmişdir.
NDU-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan universitetin tərbiyə işləri üzrə prorektoru, Məmməd Rzayev 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk demokratik konstitusiyası olduğunu bildirmişdir.
Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov “Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda məruzə etmişdir. Bildirilmişdir ki, konstitusiya cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla, həyatın bütün sahələrinin inkişafına təkan vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxmışdı. Bunun üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. Hazırlanmış konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən bu Konstitusiya 5 bölmədən, 12 fəsil və 158 maddədən ibarətdir.
Vurğulanmışdır ki, Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunmuşdur.