Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi elektron ədliyyə köşkləri quraşdırılıb
Bakı, 1 aprel, AZƏRTAC
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlər üçün daha bir yenilik edib.
Aeroportdan AZƏRTAC-a bildirilib ki, xüsusi elektron ədliyyə köşkləri vasitəsilə borca görə ölkədən çıxışına məhdudiyyət qoyulması haqqında məlumat əldə edib və həmin borclarının ödənişlərini həyata keçirmək, məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldırmaq mümkündür. O cümlədən bu köşklərdə yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getməsi üçün razılıq ərizələrini də əldə etmək mümkündür. Köşklər Terminal 1-in birinci mərtəbəsində quraşdırılıb.