Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDUNDA RUSİYANIN “PUŞKİN KİTABXANASI” FONDUNDAN KİTABLARIN HƏDİYYƏ EDİLMƏSİ MƏRASİMİ KEÇİRİLMİŞDİR

Fevralın 1-də Heydər Əliyev Fondunda Rusiyanın “Puşkin kitabxanası” Fondundan kitabların hədiyyə edilməsi mərasimi keçirilmişdir.

Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimi açaraq demişdir:

-Hörmətli xanımlar və cənablar!

İlk növbədə, “Puşkin kitabxanası” Fondunun baş direktoru Mariya Vedenyapinanı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, professor Tatyana Alekseyevanı Heydər Əliyev Fondunda salamlamaq istərdim.

“Puşkin kitabxanası” Fondunun bağışladığı kitabların bugünkü sərgisi, əslində, Azərbaycanda Rusiya Federasiyası İli çərçivəsində keçiriləcək bir sıra tədbirləri açır. Yəqin hamınız yaxşı xatırlayırsınız ki, sovet statistikasına görə, Sovet İttifaqı dünyada ən çox mütaliə edən ölkə sayılırdı. İndi postsovet məkanının da dünyada ən çox mütaliə edən məkan olduğunu söyləsəm, yəqin ki, yanılmaram. Ona görə də ölkələrimizin inkişafının müəyyən məqamında kitab nəşrinin kəskin şəkildə azaldığı, elmi, bədii ədəbiyyatın sanki yoxa çıxdığı bir vaxtda biz əsil kitab aclığı hiss etməyə başladıq.

Kitab nəşrinin dirçəldilməsi, bir tərəfdən, kitabların xeyli bahalaşması ilə, digər tərəfdən isə, belə bir narahatlıqla müşayiət edilirdi ki, bundan sonra biz ancaq detektivləri, eşq-məhəbbət romanlarını, kulinariya kitablarını və qoroskopları oxumağa məhkumuq. Lakin, xoşbəxtlikdən, cəmiyyətdə bu çox dərin böhranı aradan qaldırmağa qadir qüvvələr tapıldı. Bugünkü sərgi də buna əyani sübutdur.

Düşünürəm ki, siz bu ədəbiyyatla, ötəri də olsa, tanış ola bildiniz. Bu, doğrudan da, elə əsil, həqiqi bədii və elmi ədəbiyyatdır ki, onsuz nəinki təhsil və elmi, həm də, ümumən, cəmiyyəti təsəvvür etmək belə çətindir. Mən diqqətinizi dərsliklərə ayrıca cəlb etmək istəyirəm. Aydındır ki, müstəqil dövlətlərdəki yeni ictimai-siyasi şəraitdə dərsliklərin tamamilə yeni növünü yaratmaq məsələsi qarşıya çıxmışdır. Rusiyada “Puşkin kitabxanası” bu proqramın işlənib hazırlanmasını fəal dəstəkləyən və onda iştirak edən bir neçə qurumdan biri olmuşdur. Bu gün gördüyünüz kitabların 800-dən çoxu məhz dərsliklərdir. Həmin problem indi respublikamızda da eyni dərəcədə aktualdır. Çox ümid edirəm ki, yaxın gələcəkdə biz hamımız Azərbaycanda kitab nəşrinin dirçəlməsinin şahidi olacağıq. Zənnimcə, ölkədə artıq iki ildir həyata keçirilən irimiqyaslı layihəni bu prosesin başlanğıcı adlandırmaq olar. Söhbət latın qrafikası ilə Azərbaycan ədəbiyyatının, xarici, klassik və müasir ədəbiyyatın nəşrindən gedir. Bu layihə cari ildə də davam etdiriləcəkdir. Bundan əlavə, Prezidentin Fərmanı ilə Təhsil Nazirliyi dərsliklərə dair ayrıca böyük proqram hazırlayır. O, ali məktəb ixtisaslarının bütün istiqamətlərini əhatə edəcəkdir. Şübhəsiz ki, bu proqram həyata keçirilərkən Rusiyanın təcrübəsi, xüsusən də, “Puşkin kitabxanası” Fondunun təcrübəsi bizim üçün çox qiymətlidir.

Mən ayrıca vurğulamaq istəyirəm, Azərbaycan bütün postsovet məkanında, bəlkə də, yeganə ölkədir ki, burada istər orta, istərsə də ali məktəbdə rus dilində təhsil belə böyük həcmdə saxlanılmışdır. Özü də, bəzi həmsərhəd respublikalardan fərqli olaraq, bu təhsil Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir. Ölkəmizdə artıq neçə illərdir fəaliyyət göstərən Slavyan Universitetində, əslində, bütün slavyan dilləri üzrə mütəxəssislər hazırlayırlar. Bu gün biz fəxr edirik ki, böyük rus ədəbiyyatının mədəni məkanını saxlamağa müvəffəq olmuşuq. Söz yoxdur ki, bu, Azərbaycan ilə Rusiya arasında mədəni körpüdür.

Yəqin ki, siz hamınız yaxşı xatırlayırsınız, bizim ümumi keçmişimizdə sovet dövrünün ən populyar təbliğat şüarlarından biri belə idi: “Kitab ən yaxşı hədiyyədir”. Əgər əvvəllər biz o vaxtlar bu ifadəyə bir qədər istehza ilə yanaşırdıqsa, indi buradakı müxtəlif, çox yaxşı və lazımlı nəşrlərə baxanda etiraf edirik ki, kitab, həqiqətən, ən yaxşı hədiyyədir.

İcazə verin, belə qiymətli hədiyyəyə görə “Puşkinskaya biblioteka” Fondunun baş direktoru Mariya Aleksandrovnaya bir daha təşəkkürümü bildirim və çıxış üçün sözü ona verim.

X X X

“Puşkinskaya biblioteka” Fondunun baş direktoru MARİYA VEDENYAPİNA səmimi sözlərə görə Mehriban Əliyevaya təşəkkür edərək dedi:

-Mən həqiqətən hesab edirəm ki, kitab ən yaxşı hədiyyədir, çünki “Puşkinskaya biblioteka” Fondu, ilk növbədə, kitablar və kitabxanalarla işləyir. İkincisi, demək istərdim ki, ölkələr arasında münasibətlərdə kitab ən xeyirxah və etibarlı səfirdir. Ona görə mənə çox xoşdur ki, məhz bugünkü hadisə - “Puşkinskaya biblioteka” Fondunun Heydər Əliyev Fonduna kitablar hədiyyə etməsi Azərbaycanda Rusiya ilinin açılışının başlanğıcı olacaqdır. Həqiqətən hesab edirəm ki, ən başlıcası, ən vacibi və faydalısı bir-birimizə olan marağı itirməməkdir. Əgər bu meyar varsa, əgər tələbələrə və müəllimlərə rus dilində ədəbiyyat lazımdırsa, biz onlara həvəslə kömək edirik. Əslində bu, yardım deyil, birgə layihədir.

Mən “Puşkinskaya biblioteka” Fondu haqqında bir neçə kəlmə demək istərdim, çünki burada məndən soruşurlar ki, Sankt-Peterburqdakı Puşkin evinə bizim hansı aidiyyətimiz var. Biz Puşkin evi deyilik, baxmayaraq ki, onunla çox yaxşı və sıx əməkdaşlıq edirik. “Puşkinskaya biblioteka” Fondunun əsas qayğısı kəndlərdəki, məktəblərdəki kiçik kitabxanalarından başlayaraq, federal və ali məktəb kitabxanalarınadək Rusiya kitabxanalarıdır. Biz fondları komplektləşdirir, həm universitet kitabxanaları, həm də kütləvi kitabxanalar üçün müxtəlif tipli kataloqlar buraxırıq. Eyni zamanda, kitabxana işinin dəstəklənməsinə yönəldilmiş müxtəlif sosial layihələr həyata keçiririk, bu isə mahiyyət etibarilə elmin, təhsilin, mədəniyyətin dəstəklənməsi deməkdir. Odur ki, biz artıq federal hökumət tərəfindən də dəstəklənən ayrıca böyük layihə həyata keçiririk. Bu, “Kənd kitabxanaları” layihəsidir. Cari ildən həqiqətən böyük problemləri olan məktəb kitabxanalarının komplektləşdirilməsinin yenidən qurulmasına dair təzə layihənin gerçəkləşdirilməsinə başlamışıq. Doğrudan da, əvvəllər deyirdik ki, biz ən çox mütaliə edən millətik, kitab ən yaxşı hədiyyədir. Ancaq hazırda, yeni informasiya texnologiyalarının dünyanı fəth etdiyi dövrdə, təəssüf ki, kitab nüfuzunu itirir.

Başqa bir proqramımız - mütaliənin dəstəklənməsinə və genişləndirilməsinə yönəldilmiş “Mütaliə edən Rusiya” proqramıdır. Biz bunu əsas layihəmiz sayırıq, çünki, həqiqətən, kitabsız savadlı nəsil tərbiyə etmək olmaz. Ona görə də çox ümid edirəm ki, bugünkü tədbir ölkələrimizin rifahı naminə, başlıcası isə, uşaqlarımızın həqiqətən savadlı, mədəni böyüməsi və bizim onlarla fəxr edə bilməyimiz naminə əməkdaşlığın möhkəm bünövrəsini qoyacaqdır.

Mərasimdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, professor TATYANA ALEKSEYEVA da çıxış etdi. Rusiya alimi dedi:

- İndiki halda, mən, görünür, kitab istehlakçısıyam, belə ki, ilk növbədə, elmi, pedaqoji cəmiyyəti təmsil edirəm. Ona görə mən də bəzi mülahizələrimi sizinlə bölüşmək istərdim.

Deyildiyi kimi, bu sərgidə 800-dən çox dərslik nümayiş etdirilir. Mən bunu bir daha vurğulamaq istərdim, çünki bu rəqəm özlüyündə çox təsirli olsa da, müəllimlərin, elmi işçilərin daim qarşılaşdıqları bəzi məsələlər barədə düşünməyə vadar edir. 800 dərslik çoxdur, yoxsa azdır? Ümumiyyətlə, bu cür ədəbiyyatı nəşr etmək vəzifəsinin yerinə yetirildiyini, həm müəllimlərin, həm də tələbələrin xarici elmin və vətən elminin ən yeni ixtira və kəşflərinə yolunun açıldığını söyləmək üçün nə qədər dərslik lazımdır? Bu, olduqca aktual məsələdir. Son 2-3 ildə elmi ictimaiyyətdə, Rusiyada bu mövzuda çox ciddi diskussiyalar gedir: yeni nəsil üçün dərslik nədən ibarətdir, o, necə olmalıdır, nə qədər, hansı fənlər üzrə dərslik olmalıdır. Ümumiyyətlə, kifayət qədər ciddi problem də var ki, universitetdə dərslik lazımdırmı? Universitet təhsili əzəldən onu nəzərdə tutmuşdur ki, tələbə lap əvvəldən orijinal mətnlərlə, orijinal əsərlərlə tanış olmalıdır. İndiki halda mən humanitar sahədən danışıram. Ola bilsin, burada heç bir dərslik gərək deyildir. Bu, heç də sadə bir məsələ deyil və həqiqətən, ciddi fikir ayrılıqlarına səbəb olur.

Son nəticədə bizim elmi ictimaiyyətimiz, - hər halda Moskvadakı, - razılaşdı ki, dərsliklərin və dərs vəsaitlərinin hansısa faizi lazımdır. Bu dərsliklərin kimə lazım olması, onların tələbələrə, yoxsa, ilk növbədə, müəllimlərə lazım olması isə başqa məsələdir. Həm bu, həm də digər nöqteyi-nəzərin öz tərəfdarları və əleyhdarları var. Tələbələrə gəldikdə isə, düşünürəm ki, burada hər şey aydındır. Müəyyən xətt var, baza bilikləri olmalıdır, tələbələr imtahanları uğurla vermək üçün hansısa kitaba əsaslanmalıdırlar.

Müəllimlərə gəldikdə isə, burada vəziyyət bir qədər mürəkkəbdir. Humanitar sahənin mütəxəssisləri çox yaxşı bilirlər ki, biz XX yüzilliyin böyük hissəsini bada vermişik - ilk növbədə, xaricdə yaranan elmi məktəblərlə, XX əsrin dəyərləri sayılan böyük əsərlərlə tanış olmaq imkanımız yox idi. Müəllim heyətinin əksəriyyəti onlarla 1990-cı illərin əvvəllərində tanış olmağa başlamışdır.

Mənim sahəmə gəldikdə isə, burada tezliklə üzə çıxan kifayət qədər ciddi problemlər var. Məsələn, məlum olmuşdur ki, siyasi nəzəriyyədən, siyasi elmlərdən dərs deyən müəllimlərin yalnız 0,2 faizi xarici dilləri hansısa mətni orijinaldan oxuya biləcək səviyyədə bilir. Mən hələ təhlildən danışmıram. Bu, 1990-cı illərin məlumatıdır. Başqa sözlə, müəllim heyəti qarşısında humanitar sahədə nəhəng dünya təcrübəsini qısa müddətdə mənimsəmək kimi çox ciddi problem dururdu. Nə qədər kədərli olsa da, onların əksəriyyəti ozü öyrənənlər idi. Axı, hamı yaşa dolmuş, formalaşmış insanlardır və onlar tələbələrlə birlikdə parta arxasında əyləşərək, bu böyük ədəbiyyat axınını mənimsəməyə başlamalı idilər. Bu zaman fəal surətdə tərcümələrlə məşğul olmağa başlayan Rusiyanın nəşriyyat korpusu böyük kömək göstərdi.

Biz yaxşı başa düşürük ki, bu tərcümələr, onların tirajları azdır, bu kitablara ehtiyacı olan adamlara çatmır. İndi yeni nəsil dərsliklər problemi yaranır. Onlar bir tərəfdən, sovet tədris-təhsil sistemində olan nailiyyətlərini itirməməli, digər tərəfdən isə, bizim tanış ola bilmədiyimiz ən yeni kəşflərlə tamamlanmalıdır. Düşünürəm ki, bu işdə “Puşkinskaya biblioteka” kimi fondların əhəmiyyəti olduqca böyükdür.

Dərslik naşirləri qarşısında çox ciddi problem durur - ənənələri, mövcud bilik və bacarığı qoruyub saxlamaq şərti ilə, müasir, habelə xarici ictimai-siyasi təfəkkürün bizə təklif etdiklərinə tənqidi yanaşmaq.

Məncə, burada təqdim olunan dərsliklərin bir hissəsi bu ciddi fikir ayrılığını, ciddi dilemmanı həll etmək cəhdidir. Bunun nə dərəcədə uğurla həyata keçiriləcəyini isə bu kitablarla işləyənlər deyə biləcəklər. Demək istəyirəm ki, belə kitablar çox olmalıdır, onlar müəllimlərin masasının üstündə olmalıdır. Belə kitablar çox olduqca, biz müqayisəli təhlil aparır və ümumi məqsədimiz olan yeni, bizdən daha savadlı nəsil yetişdirmək kimi nəticə əldə edirik.

Sonra AMEA-nın prezidenti MAHMUD KƏRİMOV çıxış etdi:

-İlk növbədə, fürsətdən istifadə edərək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı “2005-ci ilin adamı” elan olunması münasibətilə təbrik etmək istərdim.

Lap bu günlərdə ictimaiyyətə Heydər Əliyev Fondunun fəaliyyəti haqqında hesabat təqdim edildi. Biz Fondun gördüyü çox böyük işlər, nəcib xeyriyyəçilik fəaliyyəti təhsilə, səhiyyəyə dəstəyi, uşaq evlərinə yardımı barədə bir daha məlumat aldıq. Bu, həqiqətən, böyük işdir və biz onu yüksək qiymətləndiririk. İndi yenə də Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş tədbirə toplaşmışıq. Bu da çox əlamətdar hadisədir, “Puşkin kitabxanası” Fondunun hədiyyə etdiyi kitabların bizə belə gözəl kolleksiyası təqdim olunmuşdur.

Bu hədiyyənin bizim üçün dəyərini lazımınca qiymətləndirmək çətindir. Azərbaycanı və Rusiyanı iki yüzillik birgə tarix, bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, elm və təhsildə ən sıx dostluq əlaqələri birləşdirir. Sirr deyil ki, Azərbaycan xalqı dünya və Avropa ədəbiyyatına rus mədəniyyəti vasitəsilə qovuşmuşdur. Əlbəttə, biz onu da bilirik ki, ümumi mənəvi dəyərlərin formalaşmasına Puşkin, Dostoyevski, Tolstoy, Qoqol ilə yanaşı, Nizami, Nəsimi, Füzuli, Mirzə Fətəli Axundov da çox böyük təsir göstərmişlər. Bu ənənələr indi də davam etdirilir, əlaqələrimiz bu gün də uğurla inkişaf edir. Bu kitabların indiki təqdimatı buna misal ola bilər. Biz bu hədiyyəni Heydər Əliyevin xatirəsinə ehtiram, Azərbaycan xalqına, onun mədəniyyətinə hörmət kimi dəyərləndiririk.

Həqiqətən, bu gün elektron-informasiya vasitələri həyatımızın bütün sahələrinə tətbiq edilsə də, zənnimcə, kitab öz əhəmiyyətini itirməyib və necə deyərlər, bilik mənbəyi, ən yaxın adamın sənə edə biləcəyi ən əziz hədiyyə olaraq qalmaqdadır. Azərbaycanda kitabı həmişə yüksək qiymətləndirmişlər.

AMEA-nın prezidenti xatırlatdı ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyev 2003-cü ildə İsveçrədə keçirilmiş informasiya cəmiyyətinə dair dünya zirvə toplantısında belə bir məqsəd irəli sürmüşdür: neftin dəyərini insani dəyərə çevirək. İsveçrədən qayıtdıqdan dərhal sonra latın qrafikası ilə kitabların kütləvi nəşri haqqında Fərman imzaladı. Bu sahədə iş görülür, artıq hərəsi 25 min nüsxə ilə yüzlərlə kitab nəşr edilmişdir. Bu kitablar respublika və məktəb kitabxanalarına hədiyyə olunur.

M.Kərimov vurğuladı ki, bu gün, ərazimizin 20 faizinin işğal altında olduğu, mindən çox kitabxananın yandırıldığı, milyonlarla kitabın məhv edildiyi bir vaxtda “Puşkinskaya biblioteka” Fondunun hədiyyəsi xüsusilə qiymətli və əhəmiyyətlidir. O, Azərbaycana verilən belə qiymətli hədiyyəyə görə fondun rəhbərliyinə və kollektivinə, habelə bu tədbirin baş tutmasında böyük xidməti olan Mehriban xanım başda olmaqla Heydər Əliyev Fondunun kollektivinə təşəkkürünü bildirdi. AMEA-nın prezidenti dedi ki, bu kitablar öz sahibini tapmışdır. Çünki onların hədiyyə edildiyi kollektiv öz mədəniyyətinə, mənəvi dəyərlərinə diqqət və qayğı ilə yanaşır. Buna görə də kitabların qiymətini bilir və onlardan düzgün istifadə etməyi bacarır.

Arzu edirəm ki, bu təşəbbüs dəstəklənsin, inkişaf etdirilsin və bu, sonuncu hədiyyə olmasın.

X X X

Mehriban Əliyeva hədiyyə olunan kitablara baxdı və qonaqları da Heydər Əliyev Fondunun fəaliyyətə başladığı dövrdən nəşr etdirdiyi kitablarla tanış etdi.

Mərasimdə ölkəmizin tanınmış alimləri, incəsənət və mədəniyyət xadimləri, Milli Məclisin deputatları iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu