Heydər Əliyev Mərkəzində dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert olacaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Tamaşaçılara görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri təqdim olunacaq.
Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]